20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

MOİK, "Zaqatala" və "Mil-Muğan" Naxçıvana gedir

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Peşəkar Futbol Liqası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə 2-ci "Heydər Əliyev Kuboku" turniri keçiriləcəyi bir müddət öncədən bəlli idi. Futbolxeber.az-ın məlumatına görə, artıq yarışın iştirakçılarının sayı və formatı dəqiqləşib.
 
Belə ki, Naxçıvanda baş tutacaq turnirə 4 komanda - MOİK, "Araz-Naxçıvan", "Zaqatala" və "Mil-Muğan" qatılacaq. Komandalar qrupda dairəvi sistemlə mübarizə aparacaq. 3 turdan ibarət olacaq turnir mayın 26-da start götürəcək. Digər oyunlar mayın 28-də və 30-da baş tutacaq. Komandaların oyun qrafiki Naxçıvanda atılacaq püşklə müəyyənləşəcək.
 
Qeyd edək ki, bu yarş üçün xüsusi olaraq Türkiyədə kubok hazırlanıb. Onun hündürlüyü 83 sm, ağırlığı isə 12 kq 400 qramdır. Kubokun müəyyən hissəsi qızıl suyuna çəkilib, üzərindəki yazılar qızıldandır.
 
Əlavə edək ki, ilk dəfə “Heydər Əliyev Kuboku” ötən il mayın 25-27-si aralığında keçirilib. Turnirdə "Araz-Naxçıvan", "MOİK", "Neftçala", və "Şərurspor" komandaları iştirak edib, qalibə kubok, bütün medalçılara xüsusi hazırlanmış medallar və mükafatlar təqdim edilib. Final matçında MOİK-i minimal hesabla məğlub edən “Neftçala” turnirin qalibi olub. Bürünc medallar isə əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatan görüşdə “Araz-Naxçıvan”ı penaltilər seriyasında yenən “Şərurspor”a qismət olub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30