20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Yaşar Vahabzadə: "Məgər rəqib qapımıza qol vurdu ki, hakim saymadı?"

“Oyundan öncə də bilirdik ki, çətin qarşılaşma olacaq. Rəqib çox əzmkar mübarizə aparırdı. Əlcəzair yığması uduzmaq istəmirdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə deyib.

 Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarının yarımfinal mərhələsində keçirilən Azərbaycan - Əlcəzair matçından sonra təşkil olunan mətbuat konfransda görüş haqda fikirlərini açıqlayan mütəxəssis yetirmələrindən razı qaldığını bildirib:

“Bizim futbolçular xarakter göstərdilər, meydançanın hər yerində mübarizə apardılar və nəticədə qarşılaşma xeyrimizə başa çatdı. Futbolçularımıza təşəkkür edirəm. Onlar bu gün ən yaxşı oyunlarından birini nümayiş etdirdilər. Rəqibin oyununu komanda ilə birgə izləmişdik. Onların heyətində bir neçə futbolçusu vardı ki, fərdi oyunu hesabına bizə başağrı ola bilərdi. Çalışdıq ki, onları bağlaya bilək. Həm də rəqibin cinahlarındakı boşluqları görüb, bundan istifadə etdik. Ümumi götürəndə futbolçularımız rəqibdən üstün idilər”.

Vahabzadə əlcəzairli jurnalistin hakim ədalətsizliyi və futbolçularımızın intizamsızlığı haqda sualı ilə razılaşmayıb:

“Kobud oyunu rəqib komanda göstərirdi. Hakim onlara iki dəfə qırmızı vərəqə göstərə bilərdi. Amma referi sarı vərəqə ilə kifayətləndi. Hakim ədalətsizliyi barədə sualı başa düşmürəm. Məgər rəqib qapımıza qol vurdu ki, hakim saymadı? Yoxsa 11 metrlik zərbə təyin etmədi?”

Vahabzadə final haqda gözləntilərini də açıqlayıb: “Azsaylı azarkeşlərə təşəkkür edirəm. Onlar bu gün komandaya dəstək verirdilər. “Bayıl Arena”da oynayanda  azarkeşlər nisbətən çox gəlirdi. Bu dəfə gündüz vaxtı oynadıq. Ümid edirəm ki, final oyununda daha çox azarkeş gələcək”.

Baş məşqçi yığmamızın İslamiadadakı quru seriyası ilə bağlı da danışıb:

“Meydanda komanda şəklində müdafiə olunuruq. Quru seriyada təkcə qapıçı və müdafiəçilər rol oynamır. İstərdik ki, finalda da qapımızda top görməyək. Hansı nəticənin olacağını zaman göstərəcək”.

Vahabzadə futbolçuların aqressiv davranışına da toxunub: “Matçdan öncə də futbolçularımıza deyirik ki, qaydalara uyğun şəkildə aqressiv oynamaq lazımdı. Oyunun gedişində rəqib bizi vurub, təxribata çəkirdi. Futbolçu istər-istəməz əsəbi olur. Əksəriyyəti gəncdi, qanları bir az qaynayır. Deməli, bu turnirin əhəmiyyəti böyükdü, qalib gəlmək istəyirlər”.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30