25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"İlk məqsədimizə nail olduq"

"Rəqibə qələbə lazım idi. Böyük qüvvə ilə hücum edəcəklərini bilirdik. Uşaqlar çox əzmkar mübarizə apardılar. Oyunun keyfiyyətində qüsurlar vardı. Lakin qrupdan çıxmaq üçün lazımı nəticəni əldə etdik. İlk məqsədimiz qrupdan çıxmaq idi, buna da nail olduq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyli Oyunlarının qrup mərhələsinin III turunda Mərakeş yığması ilə 0:0 hesablı heç-heçədən sonra söyləyib.

57 yaşlı mütəxəssis bildirib ki, yarımfinalda qarşılaşacaqları Əlcəzair millsinin oyununu analiz edəcəklər: "Əlcəzairin Türkiyə ilə oyununa baxmışdım. Amma o vaxt bilmirdim kimlə düşəcəyik. Matçların görüntüləri var, izləyib, analiz edəcəyik".

Qeyd edək ki, Azərbaycan yığması 5 xalla A qrupunun ikincisi kimi yarımfinala vəsiqə qazanıb. İlk pilləni isə Kamerun millisi tutub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30