20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AZAL fəliyyətini bərpa edir: “Şüvəlan Futbol Klubu” adı altında

Bir nüçə gün əvvəl fəaliyyətini davam etdirən AZAL klubu növbəti dəfə bəyanat yayıb.

Futbolxeber.az klubun rəsmi saytında yer alan bəyanatı təqdim edir:

- “AZAL Peşəkar Futbol Klubu”nun ləğv edilməsi ilə bağlı 2017-ci il 3 may tarixli bəyanat, klub azarkeşlərinin, “fan klub” üzvlərinin, xüsusilə, Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatçılığına səbəb olmuş və bununla bağlı çoxsaylı müraciətlər edilmişdir.

Bu müraciətlərə baxıldıqdan sonra, sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılmış, keçmiş klubun daha çox Şüvəlan qəsəbəsində azarkeş kütləsinə malik olması və həmin qəsəbədə müasir təlim-məşq bazası və stadionun mövcudluğu nəzərə alınaraq, yeni mövsümdən “AZAL” futbol klubunun məhz qəsəbənin adını daşıyan “Şüvəlan Futbol Klubu” adı ilə fəaliyyətinə davam etməsi qərara alınmışdır.

“Şüvəlan Futbol Klubu” yeni mövsümdə I Divizionda təmsil olunacaq.

Yeni klub yaxın dövr ərzində yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəkdir.

Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdir.

İnanırıq ki, bu qərarın əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcəkdir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30