29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadiqov: “Ərəblərin 15 nömrəsi həyasızlıq edirdi” (MÜSAHİBƏ)

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən futbol üzrə milli komandamızın üzvü Rəşad Sadiqovun Futbolxeber.az saytına müsahibəsi

- İslamiadadakı ikinci oyunda Səudiyyə Ərəbistanı üzərində 2:0 hesablı qələbə qazandınız. Qarşılaşma barədə nə deyə bilərsən?

- Oyun çox ağır oldu. Rəqibin kimliyindən asılı olmayaraq, süni meydanda oynamaq həmişə çətindir. Çempionatda bəzən məşqçilər belə meydanda futbolçularını qoruyurlar. Amma burda məcbursan oynayıb, qələbə qazanmağa. Digər tərəfdən də hava küləkli idi. Birinci hissədə bizi sıxmışdılar. Hücum qura bilmirdik. Amma fasilədən sonra oyunda dönüş yarada bildik.  

- Birinci hissədə oyunumuzun alınmamasının yeganə səbəbi külək idi?

- Bəli, oyunumuzun zəif alınması küləkdən irəli gəlirdi. Topu irəli vursan da, getmirdi, geri qayıdırdı. Həm də meydanı sulamamışdılar. Halbuki əvvəlki oyunda da, məşqdə də demişdik ki, sulamaq lazımdır. Qazon quru olur, ötürmə verirsə, amma top getmir. Futbolçulara da kömək lazımdır.

- Birinci hissədən fərqli olaraq, ikinci hissədə daha çox gözə dəyirdin...

- Birinci hissədə külək imkan vermirdi oynamağa, həm də ortada azlıq təşkil edirdik. Arxada olanda oynamaq daha rahat olur.

- İslamiadada qalib idmançılara 150 min manat mükafat veriləcək. Bu, komandada motivasiyanı artırır?

- 150 min tək idman növlərinə görədir. Bizdə mükafat ümumi komandaya verilir. Onsuz da pul barədə fikirləşmirik. Öz vətənimizdə oynayırıq. İlk dəfədir ki, belə yarışda çıxış edirik. Pula yox, adımıza görə oynamalıyıq. Onsuz da klubdan pul alırıq.

- Rəşad, yorulmamısan?

- Süni qazona görə bir qədər yorğunluq var.

- Kənardan belə görünür ki, komandada nizam-intizam zəifdir. Aparıcı futbolçu kimi bu fikrə münasibətin necədir?

- Oyunun gedişində ərəblərin 15 nömrəsi çox həyasızlıq edirdi. Ağabala onu yıxandan sonra ayağa qaldırıb, qucaqlamaq istədi. Amma Ağabalanın üstünə hücum etdi. Coşqunla kəllə-kəlləyə gəldi. Bir futbolçu rəqibin heyətində 5-6 nəfərlə mübahisə edirsə, deməli problem ondadır.

- Amma bizim oyunçular da sakit durmurdular...

- Bu, gərginlikdən irəli gəlirdi. Qələbə qazanmaq istəyi çox idi. Qol gecikdikcə, əsəblər də gərilirdi.

- Qrupdakı son oyunda Mərakeşlə qarşılaşacaqsınız. Bu komanda ilə oyundan nə gözləmək olar?

- Hələ Mərakeşin oyununu izləməmişik. Amma onlar Səudiyyə Ərəbistanından daha güclüdürlər. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.

- İndiki məqama görə həmin görüşdə heç-heçə komandamızı qane edəcək.

- Heç-heçə bizə yox, Kameruna sərf edir. Çünki Kamerun qalib gəlsə və biz heç-heçə oynasaq, yekunda biz yarımfinaldan kənarda qala bilərik. Ona görə də başqasının ümidinə qalmamaq üçün mütləq qələbə qazanmalıyıq.

Söhbətləşdi: FƏRƏC

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31