18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Terek" "Neftçi"yə qarşı əsas heyətlə oynamayıb

Xəbər verdiyimiz kimi, "Neftçi" Avstriyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində "Terek"lə qarşılaşıb. Futbolxeber.az-ın məlumatına görə, Qroznı klubunun rəsmi saytı qısaca da olsa, təmsilçimizlə görüşə yer ayırıb. Həmin yazını təqdim edirik:

Avstriyadakı təlim-məşq toplanışının sonuncu günündə qroznılılar 2 yoldaşlıq görüşü keçirməlidi idi. Bakı "Neftçi"si və Hayfa "Makkabi"sinə qarşı. Səhər məşqinin ardından Yuri Krosnajan hər iki matç üçün heyəti açıqladı. Beləcə, "Neftçi"yə qarşı "Terek"in heyətində meydana gənclər komandasının bir neçə üzvü çıxdı.

İlk yarıda demək olar ki, qol epizodu yaranmadı. Yalnız sona yaxın qol görmək ümidi yarandı. Həmin epizodda mərkəz dairədə driblinq edən Kanu, yolüstü "Neftçi"nin 4 futbolçusunu geridə qoysa da, həlledici anda topa istənilən kimi zərbə endirə bilmədi. Az sonra analoji vəziyyətdən Sadayev yararlana bilmədi.

İkinci hissədə kardinal şəkildə meydanda heç nə dəyişmədi. Komandalar növbə ilə üstünlüyə yiyələnirdilər, lakin rəqib qapısı qarşısında təhlükə yaratmaq olmurdu. Əgər, epizod yoxdursa deməli, qol da yoxdur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30