20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Samir Əliyev “Səbail”lə 3 illik müqavilə imzaladı

Bu gün "Səbail" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, "Səbail" klubunun ev oyunlarını keçirdiyi və ofisinin yerləşdiyi Bayıl stadionu IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar sıx qrafiklə çalışdığı üçün iclasın AFFA-nın inzibati binasında təşkil olunması ilə əlaqədar klub tərəfindən ünvanlanmış müraciət AFFA tərəfindən müsbət cavablandırııb.

Birinci Divizionda ikinci yeri tutmaqla Premyer Liqaya vəsiqə qazanan klubun gələcək fəaliyyətinin müzakirə olunduğu iclasda baş məşqçinin də kimliyinə aydınlıq gətirilib.

Bir neçə mütəxəssisin namizədliyi nəzərdən keçirilib və Müşahidə Şurası Samir Əliyevlə müqavilə bağlanması barədə qərar qəbul edib. Samir Əliyevin müqaviləsi 3 illik müddəti əhatə edir.

İclasa dəvət olunan Samir Əliyev göstərilən etimada görə minnətdarlığını bildirib, klubun uğurlu nəticələrə nail olması üçün bilik və bacarığını əsirgəməyəcəyini deyib.

Buna qədər "Səbail" FK-nın baş məşqçisi vəzifəsində çalışmış Elman Sultanovun klubun əvəzedici komandasında eyni vəzifəsini icra etməsi ilə bağlı qərar qəbul edilib.

Фото Sabail FC.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30