20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Abdullayev: “Hər zaman “Səbail”in yanında olacam”

Bu gün Azərbaycan kubokunda 2016/17 mövsümünün final oyunu çərçivəsində “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gəlib. Futbolxeber.az-ın məlumatına görə, Naxçıvandakı Muxtar Respublika stadionundakı oyunda 2:0 hesabı ilə qələbə qazanan "Qarabağ" kluboka sahib çıxıb. 
 
Qarşılaşmanı stadiondan canlı izləyən AFFA prezidenti Rövnəq Abdullayevin oğlu, həmçinin “Səbail” klubunun Müşahidə Şurasının sabiq sədri Rəşad Abdulleyev oyunla bağlı bu sözləri deyib: “Maraqlı oyun oldu. Final matçının Naxçıvanda keçirilməsi oyuna əlavə gözəllik qatdı”. 
 
O, “Səbail”lə bağlı da danışıb: “Səbail” klubu ilə vidalaşdım. Aydın məsələdi, səbəblər də bəllidi. Klubun yeni Müşahidə Şurası hələ qurulmayıb. Müşahidə Şurası formalaşdıqdan sonra yeni sədr seçiləcək. Mən də hər zaman təsisçi kimi “Səbail”in yanında olacam. Allah qoysa, “Səbail” də bu pillələrə gəlib çıxar”.
 
Rəşad Abdullayev geridə qalan bir il ərzində böyük təcrübə qazandığını vurğulayıb: “Futbola böyük marağım var. “Səbail” mənə yeni təcrübə qazandırdı. İstəyirdim ki, burda qalım. Amma təəssüf ki, qala bilmədim. Amma komandanın gələcəyi işıqlı görünür”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30