18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Tale Heydərov: “Ümid edirəm ki, gələn dəfə belə qərarlar veriləndə…”

Bu gün Azərbaycan kubokunda 2016/17 mövsümünün final oyunu çərçivəsində “Qarabağ” “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb. Naxçıvan Muxtar Respublika stadionundakı matçdan sonra Qəbələ klubunun prezidenti Tale Heydərov Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandırıb:
 
- Əvvəlcə çempionluq sonra isə kuboku əldən verdiniz. Bu barədə fikirlərinizi bilmək istərdik?
- Həm çempionat, həm də kubokda gözlədiyimizin minimumunu əldə etdik. Ona görə də ümumilikdə normal dəyərləndirmək olar. Ancaq əlbəttə ki, biz daha yaxşı nəticə istəyirdik. Məqsəd çempion olmaq, heç olmasa, kuboku qazanmaq idi. Bu dəfə alınmadı. Gələn dəfə çalışacağıq ki, buna nail olaq. 
 
- Sizcə, bunlara nail olmaq üçün nə çatmadı?
- Birincisi “Qarabağ”ın peşəkarlışı, stabil oyun göstərməsidi. Məlum məsələdir ki, ən böyük rəqibimiz “Qarabağ” idi. Onsuz da, bu iki komanda arasında bübarizə gedəcəyi məlum idi. Mənə elə gəlir ki, bizə mane olan ən böyük faktor “Qarabağ”ın özü oldu. Əlbəttə ki, özümüzün də çox səhvlərimiz oldu. Çox lazımsız xallar itirdik. Gözləmədiyimiz halda bəzi komandalarla oyunda xallar itirdik. Öz səhvlərimizin də ucbatından oldu. Bu qədər.
 
- Baş məşqçi Roman Qriqorçukla yola davam edəcəksiniz, ya necə?
- Bzi bununla bağlı danışmamışıq. Bu yaxınlarda danışıqlar olacaq. Ümid edirik ki, yolumuz davam edəcək. 
 
- Qarşıda avrokubok oyunları var. Buna hazırlıq necə olacaq? Yeni transferlər, büdcə dəyişikliyi və s. gözlənilir?
- Yeni oyunçularla bağlı məşqçimiz qərar verəcək. Biz də rəhbərlik olaraq, yenə də nə dəstək lazım olsa, verəcəyik. Büdcəylə bağlı onu deyə bilərəm ki, artım olmayacaq. Ola bilsin, eniş olsun, ancaq eyni büdcə ilə davam etmək fikrindəyik. Və bir neçə oyunçu almağı düşünürük. 
 
- Yeni transferlər yerli olacaq, yoxsa əcnəbi?
- Bu məşqçimizin qərarından asılı olacaq. 
 
- “Qəbələ” ötən mövsüm kifayət qədər uğurlu çıxış etdi. Yeni mövsüm üçün daha səviyyəli futbolçu transferi göslənilirmi?
- Bizim büdəcmiz və yarışlardan qazandığımız məbləğ imkan verəcəksə, ona uyğun olaraq oyunçular alacağıq. 
 
- Yeni mövsüm Avropa Liqasındakı konkret hədəf nə olacaq?
- Əlbəttə ki, eyni uğurları davam etdirməyi və bu dəfə də qrup mərhələsinə adlamağı gözləmək asandır. Bu gözlənti hamımızda var.  Amma unutmaq olmaz ki, biz ardıcıl iki il Avroliqada qrup mərhələsinə düşdük. Bu, bir rekord idi. Biz qrup mərhələsinə düşmək üçün yenidən rekorda imza atmalıyıq. Bu, çox çətin prosesdir. Çalışacağıq ki, uğursuzluğumuzu təkrar etməyək, yaxşı xallar qazanaq və qrupdan çıxaq. 
 
- Bu matçın Naxçıvan Muxtar Respublikada keçirilməsi ilə bağlı da fikirlərinizi öyrənmək istərdik. Sizcə, stadiondakı ab-hava necə idi?
- Əlbəttə, Naxçıvana gəlmək çox xoşdur. Bura mənim ata yurdumdur. Burada azarkeşlərin çox olmasını görmək sevindirici haldır. Meydançanın vəziyyətinə gəldikdə isə… Əlbəttə ki, daha yaxşı qazon Bakıda vardı və paytaxta bu oyunu keçirmək mümkün olardı. Ümid edirəm ki, gələn dəfə belə qərarlar veriləndə daha məsləhətləşmiş və düşünülmüş şəkildə edilsin. Çünki qalibin kimliyindən asılı olmayaraq, “Qarabağ” da, “Qəbələ” də Azərbaycan komandasıdır. Futbol azarkeşlər üçündü. Biz möhtəşəm atmosferli oyunun şahidi ola bilərdik. Ümid edirəm ki, gələn il finala kimin yüksəlməyindən asılı olmayaraq, stadion seçimində daha yaxşı düşünülər. Əlbəttə, Naxçıvanda yenə oyun keçirmək istərdik. Bizim bununla bağlı heç bir problemimiz yoxdur. Azarkeşləri sevindirmək üçün yoldaşlıq görüşü keçirmək olar. Ancaq kubok oyunu çox vacib oyundu. Ümid edirəm ki, gələn dəfə bu haqda bird aha düşünülər. 
 
- Artıq çempionluq qəbələ üçün bir “sirli qutu”ya çevrilib və uğur qazana bilmirsiniz. Hazırkı böhran dövründə klubların dağılmasını nəzərə alsaq, sizdə ruh düşkünlüyü yaranırmı?
- Ruh düşkünlüyü yaranmır. Səhvlər özümüzdən asılıdırsa, burada ruh düşkünlüyü yarana bilməz. Qıraqdan maneələr ola bilərsə, əlbəttə, bur uh düşkünlüyü yarada bilər. Mən istərdim ki, kənardan da dəstəklər olsun, klubların bağlanması yaxşı hal deyil. Çünki bütün yükü klub rəhbərliyi öz üzərinə götürə bilməz. Kənardan da müəyyən qədər dəstəklər olsa, bu daha yaxşı olar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30