19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: "Hakimin son fiti bizi rahatlaşdırdı"

Bu gün Azərbaycan kubokunda 2016/17 mövsümünün final oyunu çərçivəsində “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gəlib. 
 
Naxçıvan Muxtar Respublika stadionundakı oyunda 0:2 hesabı ilə qələbə qazanan "Qarabağ" kluboka sahib çıxıb. Matçdan sonra qalib komandanın baş məşqçisi Qurban Qurbanov “CBC Sport”a açıqlama verib: “Ardıcıl 3-cü ildir ki, “qızıl dubl” edirik. Futbolçular buna layiq idilər. Çətin oyun keçməsinə baxmayaraq, qələbə qazandığımızı üçün çox sevinirəm. Futbolçulardan razı qaldım. Açığı, hesab 2:0 olduqdan sonra nisbətən arxayınlıq yarandı. Amma 3-5 dəqiqə sonra yenidən həyəcan yaşadıq. “Qəbələ” çox hücum etməyə başladı, qapımızda qol imkanları yaratdı. Yalnız hakimin son fiti bizi rahatlaşdırdı”.
 
O, hücumçu Dino Ndlovunun final qarşılaşmasında iştirak etməməsindən də söhbət açıb: “Dino iki gün əvvəl Bakıdakı məşqin sonunda əzələsində ağrı hiss etdi. Zədəsi var idi. Biz də onu riskə atmaq istəmədik”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30