25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Albanların kapitanı: "Neftçi"nin 3-4 futbolçusu var ki, yarım milyon avro dəyərindədir"

Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Albaniya "Skenderbeu"sunun kapitanı Bledi Şkembi vətənində müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, 34 yaşlı futbolçu "Neftçi"yə qarşı keçirəcəkləri matçlar haqda bunları deyib: "Əmin olun ki, “Neftçi” ilə Çempionlar Liqasında hər 2 matçda Avstriyadakı yoxlama oyunlarından tam fərqli komanda görəcəksiniz. Artıq məlumdur ki, “Neftçi” bizdən qat-qat yüksək səviyyədədir. Onların 3-4 futbolçusu var ki, yarım milyon avro dəyərindədir. Heyət baxımından komandalar arasında fərqlər var. Bununla belə, biz öz oyunumuzu göstərib, qalib olmaq üçün sona kimi mübarizə aparmalıyıq. Ümid edirəm ki, biz Azərbaycanda keçiriləcək ilk oyunda müsbət nəticə əldə edib, vətənə inamla qayıdacağıq. Gəlin, sonadək yaxşı nəticəyə ümid bəsləyək".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30