24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Kristof Daum: "Rumıniya Azərbaycana da uduzur"

"Rumıniyada futbolun inkişafı üçün ilk növbədə təhsilə - futbol məktəbi və akademiyalarına sərmayə qoymaq lazımdır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futbol üzrə Rumıniya millisinin baş məşqçisi Kristof Daum bildirib. Almanıyalı mütəxəssiz Rumıniya futbolunun veteranı George Hacının rəhbəri olduğu futbol akademiyasını digər ölkə klubları üçün nümunə göstərib.

"Bu gün bu işlər baş verməsə, gənclər Rumıniyanı tərk edəcək, İngiltərə, İspaniya, İtaliya kimi ölkələrə yollanaraq orada təhsil alacaqlar” deyən K.Daumun sözlərinə görə, Rumıniya futbolunun hazırkı vəziyyətini analiz etmək lazımdır. Çünki ölkə millisi futbolda böyük ənənələrə malik olmayan yığmalara məğlub olur: "Gənclərdən ibarət yığmamız Azərbaycana uduzur. Bəli, İngiltərə, Almaniya və ya İspaniyaya yox, məhz Azərbaycan millisinə. Hətta bu gün eşitdim ki, Lixteynşteynə də məğlub olmuşuq. Məgər Lixteynşteynin futbol oynadığını bilirdiniz? Amma buna baxmayaraq onlara da uduzduq”.

 

Qeyd edək ki, ötən ilin oktyabrında 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin son oyununda Azərbaycan yığması ev sahibi Rumıniyanı 1:0 hesabı ilə məğlub edib (report.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30