20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ” afrikalı hücumçu üçün hərəkətə keçdi

Cari mövsüm ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olan “Qarabağ” heyətini gücləndirmək üçün yeni futbolçu axtarışındadır. Futbolxeber.az-ın məlumatına görə, artıq Ağdam klubunun transfer etmək istədiyi oyunçulardan birinin adı bəlli olub.
 
Bu barədə “Soccerladuma” nəşri iddia yayıb. Mənbədə bildirilir ki, təmsilçimiz Türkiyənin "Gənclərbirliyi" klubunun hücumçusu Tokelo Rantiyə “elçi düşüb”. “Qarabağ”ın bu keçidi həll etmək üçün danışıqları davam etdirdiyi deyilir.
 
Qeyd edək ki, Cənubi Afrika Respublikası millisinin də üzvü olan 26 yaşlı forvard 2016-cı ilin avqustundan Ankara təmsilçisində çıxış edir. "Qarabağ"ın hücumçusu Dino Ndlovunun yığmada komanda yoldaşı olan Tokelonun Super Liqa klubu ilə müqaviləsi 2018-ci ilin iyununda başa çatacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30