24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

İkiqat çempionluq: Tarixdə 2-ci dəfə

Topaz Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətlərinin yarışında Azərbaycan çempionatının mükafatçıları bəlli olub. 
 
Futbolxeber.az-ın məlumatına görə, XXVIII turun ilk oyun günündən sonra “Qarabağ” qızıl, “Qəbələ” gümüş medal qazanıb. Son turadək 3-cü yeri tutması rəsmiləşən “Neftçi” bürünc mükafatçı olub.
 
İlk dəfə 1997/98 mövsümündə keçirilən və yalnız PFL yaradıldıqdan sonra 2008/09 mövsümündən bərpa olunan yarış 10-cu dəfə təşkil edilib. İndiyədək yalnız 1 dəfə - 2009/10 mövsümündə çempion olan “Qarabağ” tarixində 2-ci dəfə qızıl medallara yiyələnib. Lakin bu dəfəki çempionluq həm də əsas komandanın uğuru ilə üst-üstə düşüb. Belə ki, “Qarabağ” həm Premyer Liqa, həm əvəzedicilərin yarışında ən yaxşı olub. Bunadək tarixdə yalnız bir dəfə - 2011/12 mövsümündə belə hal yaşanmış, “Neftçi” həm əsas, həm əvəzedicilərlə 1-ci olmuşdu. Ümumilikdə isə “Qarabağ” 2-si qızıl, 2-si gümüş olmaqla 4-cü mükafatını əldə edib.
 
Ötən mövsümün çempionu “Qəbələ” 3-cü dəfə gümüşə yiyələnib. 2 bürüncü də olan “qırmızı-qaralar” ümumilikdə 6-cı dəfə mükafatçılar sırasında yer alıb.
 
6-cı dəfə “üçlük”də qərarlaşan “Neftçi” 3-cü dəfə bürünc medala yiyələnib. Bakılıların 2 qızıl və 1 gümüş mükafatı da var.
 
 
Əvəzedicilərin çempionatının mükafatçıları
 
mövsüm
çempion
II yer
III yer
1997/98
OİK (Bakı)
Neftçi (Bakı)
Kəpəz (Gəncə)
2008/09
Neftçi (Bakı)
Qarabağ (Ağdam)
Bakı
2009/10
Qarabağ (Ağdam)
İnter (Bakı)
Qəbələ
2010/11
Bakı
Turan (Tovuz)
Qəbələ
2011/12
Neftçi (Bakı)
Qəbələ
İnter (Bakı)
2012/12
Bakı
Simurq (Zaqatala)
Neftçi (Bakı)
2013/14
İnter (Bakı)
Qəbələ
Simurq (Zaqatala)
2014/15
İnter (Bakı)
Simurq (Zaqatala)
Neftçi (Bakı)
2015/16
Qəbələ
Qarabağ (Ağdam)
Sumqayıt
2016/17
Qarabağ (Ağdam)
Qəbələ
Neftçi (Bakı)

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30