24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Cavadov komandasını yalnız buraxacaq

Topaz Premyer Liqasının 2016/17 mövsümünün son turunda Gəncə şəhər stadionunda “İnter”i qəbul edəcək “Kəpəz” ötən Nizami yurduna qayıdıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, qarşıdakı oyuna hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” son məşqə matçın reallaşacağı arenada çıxıb. Hazırlıq prosesi uzun sürməyib. Təxminən 45-50 dəqiqə ərzində futbolçular məşqçilər korpusunun verdiyi yüngül tapşırıqlar üzərində çalışıblar. Məşq mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyıb.
 
Qeyd edək ki, “İnter” ilə oyunda Ceyhun Cavadov “Kəpəz”ə kömək edə bilməyəcək. AZAL-a qarşı görüşdə sarı vərəqə limitini dolduran yarımmüdafiəçi cəzalı duruma düşüb. Eyni səbəbdən ötən turu buraxan Vüqar Bəybalayev isə sıraya dönüb.
 
“Təyyarəçilər” ilə matçda zədələnən Kərim Diniyevin durumu tam olaraq bəlli deyil. Onun oynayıb-oynamayacağına matç saatı qərar veriləcək.        
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30