26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"İnter"də qərar verildi: Svanadze qalır

“Zaur Axundovla görüşdük. Komanda ilə tanış oldu, vəziyyətimizlə maraqlandı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze deyib.
 
Paytaxt təmsilçisinin Müşahidə şurasının sədri təyin edilmiş Zaur Axundov bu gün “İnter”in üzvləri ilə görüşüb. Baş məşqçi Svanadze də Axundovla söhbətləşmək imkanı əldə edib. Görüşdə bəzi məsələlərə aydınlıq gəlib.
 
Svanadzenin sözlərinə görə, Axundov komandanın gələcəyi ilə bağlı ümid verib: “Müxtəlif məsələlər barədə danışdıq. Görüşdən xoş təəssüratla ayrıldım. Dedi ki, hər şey yaxşı olacaq, narahatlığa əsas yoxdu. Kluba tətbiq olunan transfer qadağasından xəbərdardı. Yəni, bu yay heyətimizə yeni futbolçu qatmayacağımızı bilir. Ümumiyyətlə, “İnter”də baş verən bütün məsələlərdən agahdı”.
 
Görüşdən sonra “İnter”də qalacağı dəqiqləşən gürcüstanlı mütəxəssis əksər futbolçuların da eyni addım atacağını qeyd edib: “Artıq əminliklə deyə bilərəm ki, növbəti mövsümdə də “İnter”i çalışdıracağam. Hazırkı müqaviləmin müddəti iyulda başa çatacaq. Rəhbərlik fəaliyyətimi davam etdirməyimi istəyir. Amma yeni sözləşmənin imzalanması barədə hələ danışmadıq. Onsuz da, hazırda müqaviləm davam edir. Vaxtı çatanda yeni anlaşmaya qol çəkəcəyəm. Mənə bildirildi ki, digər klublarla anlaşan futbolçulardan savayı, hamısı komandada qalacaq. Bu, çox vacib məsələdi. Futbolçularımızı saxlaya bilməsək, gücümüz azalacaq”.
 
Svanadze adaşı ilə görüşdə büdcə məsələsinin müzakirə olunmadığını bildirib. O, komandanın yay hazırlıq müddətini Antalyada keçib-keçməyəcəyinin də hələ müəyyənləşmədiyini vurğulayıb: “Büdcə ilə bağlı danışığımız olmadı. Buna baxmayaraq, hər şeyin yaxşı olacağı bildirildi. O ki qaldı Antalya məsələsinə, ilk növbədə, hazırlıq planı hazırlamalıyam. Axundov həmin planı növbəti həftə ona təqdim etməyimi istədi. Bazar ertəsi yenidən görüşəcəyik və hazırlıq planını Zaur müəllimə göstərəcəm. Toplanışa Bakıda başlayacağımız dəqiqdi. Sonra necə edəcəyimizi isə növbəti görüşdə biləcəyəm. Axundov razılıq versə, hazırlığın ikinci mərhələsini Antalyada keçirəcəyik. “İnter”in növbəti mövsümdə də iddiasını qoruyacağına inanıram”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30