20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qəbələ”nin 2 komandası yarımfinalda

“Qəbələ”nin aşağı yaş qruplarından olan komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda növbəti oyunlarını keçirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, səfərdə “Neftçi” ilə qarşılaşan U-19 gərgin keçən matçda 2:1 hesablı qələbə qazanıb. 29 matçdan sonra 71 xala malik “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb. 
 
U-17 isə mövsümdə son oyununu keçirib. “Qəbələ” səfərdə “Xəzər Lənkəran” üzərində böyükhesablı qələbə qazanıb – 5:1. 24 turda 55 xal toplayan Şimal təmsilçisi çempionatı 4-cü pillədə başa vurub. 
 
U-13 1/4 finalda “İnter”lə üz-üzə gəlib. Evdə 1:0 hesabı ilə qalib gələn “Qəbələ” səfərdəki 1:1 hesablı bərabərliklə yarımfinala yüksəlib. 
 
U-12 Liqasında 1/8 final mərhələsi başa çatıb. İki Qəbələ komandasından biri mərhələ adlayıb. “Qəbələ” Sumqayıt təmsilçisi “Təhsil” RİM-ə hər iki oyunda qalib gəlib – 2:0, 3:2. UGİM isə “Mil-Muğan”a penaltilər seriyasında uduzub – 1:2, 2:1, pen.2:3. 
 
U-11 Salyan “Muğan”ı ilə 1/8 finalın cavab oyununda 5:1 hesabı ilə qələbə qazanıb. İlk oyunda 14 cavabsız qol vuran “qırmızı-qaralar” 1/4 finala yüksəlib. Bu mərhələnin “Ağsu” ilə ilk oyununu səfərdə keçirən Şimal təmsilçisi qələbə qazanıb – 3:1. 
 
U-10 1/4 finalda “Sumqayıt”ı mübarizədən kənarlaşdırıb – 4:0, 3:0. Qızlar arasında Yüksək liqa yarışlarında “Qəbələ” “Fidan”a 3:0 hesabı ilə qalib gəlib. 16 matçda 43 xal toplayan qəbələlilər yarışın vahid lideridir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30