20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Robert Prosineçki bukmekerdə 10 min uduzdu

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki maraqlı addımla diqqət mərkəzinə düşüb. Futbolxeber.az saytının məlumatına görə, xorvatiyalı çalışdırıcı Serbiyada futbol oyunlarına pul qoyuluşu edib.
 
Belə ki, o, “Mozzartbet”ə dünənki 5 görüşlə bağlı proqnozlarını yazıb. Prosineçki Danimarka kubokunun “Vendsissel” – “Kopenhagen” (0:2) matçında qonaqların qələbə qazanacağını, Belçika çempionatının “Anderlext” – “Şarlerua” (0:1) görüşündə “üst” variantının gələcəyini, yəni minimum 3 qol vurulacağını ehtimal edib.
 
48 yaşlı mütəxəssis İspaniya La Liqasında “Sevilya” – “Selta” (2:1) oyununda ev sahiblərinin qələbə qazanmaq şansının üstün olduğunu qeyd edib. “Atletik” – “Betis” (2:1) matçında “üst” variantının gələcəyini düşünən Prosineçki İngiltərə çempionatında “Mançester Siti” – “Mançester Yunayted” (0:0) qarşılaşmasında hər iki tərəfin qol vuracağını proqnozlaşdırıb.
 
Bu kupona 10 min Serbiya dinarı (150 manat) məbləğində pul yatıran Prosineçki qalib gələcəyi halda, əmanətini 8,10 dəfə artıracaqdı və qazandığı məbləği Zablaçe şəhərindəki məktəbə humanitar yardım kimi bağışlayacaqdı. Lakin onun təxmin etdiyi 5 görüşdən 3-ü düz gəlib. Yığmamızın baş məşqçisi “Anderlext” – “Şarlerua” matçı və Mançester derbisi ilə bağlı düzgün təxmin irəli sürməyib. (Apasport.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30