25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"O rəhbərliyin işidi, nə məsləhət görüblərsə, "Bakı"nı düşünüb, ediblər"

"Bakı"nın və hərbçilərdən ibarət milli komandamızın müdafiəçisi Şəhriyar Əliyev Futbolxeber.az saytına müsahibə verib.

- İlk növbədə İraqa qarşı keçirilən oyun haqda fikirlərini bilmək istərdik.

- İraqla oyunda komandamız layiqincə qələlə qazandı. Komandamız qələbəyə layiq idi və qələbə münasibəti ilə də hər kəsi təbrik edirəm.

- Milli komandamiz qrup mərhələsini demək olar ki, birnəfəsə keçdi. Bu, nədən irəli gəlir, millimiz güclüdür, yoxsa rəqiblər zəifdir?

- Rəqiblər güclüdü, heç bir rəqibə zəif demək olmaz. Amma komandamız bu oyunlara ürəklə hazırlaşıb. Oyunda hər kəs ürəyini meydanda qoyur. Elə bunun da nəticəsində qrup mərhələsində ardıcıl 3 qələbə qazandıq.

- Deyirsən ki, komandamiz ürəklə hazırlaşıb. Amma hamımız bilrik ki, siz turnirə istənilən səviyyədə hazırlaşa bilməmisiniz. Turnirdən öncə komanda üçün yaradılan şərait çox pis idi...

- Mən o haqda danışmaq istəmirəm. Bizim əsas işimiz futbol oynamaqdı, onu da edirik.

- Bəs, indi vəziyyət necədir? Heç olmasa əvvəlkinə baxanda irəliləyiş var?

- Şükür yaxşıdı. Yenə deyirəm biz Azərbaycanın adı üçün oynayırıq, bunun üçün də hər şeyi edirik.

- Necə düşünürsən, millimiz dünya çempionu ola biləcək?

- Rəqiblər zəif deyil. Amma mən komandamıza inanıram.

- Yəqin ki, digər komandaların da oyunlarını izləyirsiniz. Çempionluq yolunda hansı millilər bizə mane ola bilər?

- Məncə, Oman və Əlcəzair yaxşı komandalardı. Bizim kimi onlar da çempion olmaq istəyir.

- Hərbçilərin dünya çempionati olsa da, yenə də qalib olmaq uğurdu. Bu baxımdan dünya çempionluğunun adı sizdə həyəcan yaratmır?

- Yox, komandamızda heç bir həyəcan yoxdur.

- Rəhbərlik sizin qarşınıza hansı məqsədi qoyub?

- Məqsəd yaxşı nəticə qazanmaqdı. Amma biz çempion olmaq istəyirik.

-Bəs, mükafat necə, vəd olunub?

- O haqda heç nə deyilməyib.

- Baş məşqçi Nazim Süleymanov çıxışınız barədə nə deyir?

- Bizi təbrik edir və arxayanlaşmaq olmaz deyir.

- Bir qədər də "Bakı" haqda danışaq. Komandan artıq bir neçə gündür Avstriyada təlim-məçq toplanışındadır. Sənsə millinin heyətindəsən. Necə düşünürsən, hazırlıq prosesindən kənarda qalmağın əsas heyətdəki yerivi itirməyivə səbəb ola bilər?

- Doğrusu orada bir az problem yaranacaq... Amma ora gedəndə özümü hərtərəfdən göstərəcəyəm. Hələ ki futboldan bir müddət ayrı qalmalı olacağam. İraqla oyunda ayağım sındı.

- İndi nə yerdədi vəziyyətin? Həkimlər nə deyir?

- İndi gipsdədi. 3-4 heftə belə qalacaq.

- Artıq millinin düşərgəsindən ayrılmısan, yoxsa hələ də oradasan?

- İndi evdəyəm. Amma oyunlarda millinin yanında olacağam. Dəstək olmaq üçün.

- Məşqlərə yenidən nə vaxt başlaya bilərsən?

- Hardasa, 1 aydan tez olmayacaq.

- Zədə aldığın epizodu xatırlayırsan?

- Adi bir vəziyyətdə oldu, ikili mübarizədə.

- Belə olan halda "Bakı"nın əsas heyətindəki yerini qaytarmağı lap çətin olacaq...

- İnşallah, zədəm sağalsın. Çalışıb, əlimdən gələni edəcəyəm.

- Milinko Pantiçlə tanış olmusan?

- Yox, hələ tanış olmamışıq.

- Ümiyyətlə, onun haqqInda nə bilirsən?

- Hələ heç nə.

- Səncə, "Bakı"da baş məşqçi dəyişikliyi lazım idi? Yoxsa Bandoviçə bir qədər də şans tanımaq olardı?

- O rəhbərliyin işidi, nə məsləhət görüblərsə, "Bakı"nı düşünüb, ediblər. Bizim işimiz futbol oynamaqdı.

- Yaxşı, bəs niyə keçən il rəhbərliyin istədiyi futbolu oynaya bilmədiniz?

- Əgər komanda yaxşı çıxış etmirsə, günah hamıda olub.

- Komandada konkret nə çatışmırdı?

- Ötən mövsüm bitdi artıq, indi qarşıya baxırıq. İnşallah gələn mövsüm hər şey yaxşı olacaq.

- "Bakı"nın əsas heyətinə düşməyində ən çox hansı məşqçini rolun olub?

- Mənim əsas heyətdə oynamağımda çox məşqçinin əməyi olub. Uzun söhbətdi.

- "Bakı"nın əsas heyətində ilk dəfə səni kim meydana buraxıb?

- Statkovun vaxtinda oynamışam ilk oyunu.

- Səhv etmirəmsə, bu, rəsmi oyundu. Bəs yoxlama?

- Bu da elə Starkovun vaxtında olub.

Elman MƏHƏRRƏMOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30