28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Futbol və Sağlam Həyat" layihəsi başa çatdı

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş və iki həftə müddətində davam etmiş "Futbol və Sağlam Həyat" layihəsi başa çatıb. 
 
Futbolxeber.az-ın məlumatına görə,  layihənin son mərhələsi H. Zeynalabdin Tağıyev adına qəsəbədə yerləşən 32 saylı orta məktəbində baş tutub. Tədbirdə həmin məktəblə yanaşı daha 4 məktəbin şagirdləri iştirak edib. Ümumilikdə, həmin layihə çərçivəsində 50-dən artıq şagird iştirak edib. Tədbirdə "Sumqayıt"ın akademiyasının məşqçi heyəti çıxış edib. Hazırlanmış xüsusi proqramla bağlı isə "Sumqayıt"ın U-10 komandasının baş məşqçisi Zahir Əsgərov və U-19 komandasının baş məşqçisi Vaqif Paşayev şagirdləri maarifləndirib. Yekunda iştirakçılara "Sumqayıt"ın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.
 
Qeyd edək ki, ümumilikdə, 48 məktəbdən 500-dən artıq məktəblinin qatıldığı bu layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta"nın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 2000-dən çox məktəbli bu seminarın iştirakçısı olub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31