19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” “Trabzonspor”a rəqib oldu

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Daraseliya turnirində növbəti oyunlar keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası 5-8-ci yerlər uğrunda mübarizəyə qoşulub.

“Qırmızı-qaralar”ın rəqibi Xorvatiyanın “Dinamo” klubu olub. Şəhruz Mustafayevin baş məşqçisi olduğu təmsilçimiz Zaqreb təmsilçisi ilə görüşdə 1:0 hesabı ilə qalib gəlib. “Qəbələ”nin heyətində Samir Qurbanov fərqlənib.

Sabah turnirdə son oyunlar keçiriləcək. “Qırmızı-qaralar” 5-ci yer uğrunda matçda Türkiyənin “Trabzonspor” komandası ilə görüşəcək.

Yarışın qalibi isə “Alkmaar” (Hollandiya) - “Dinamo” (Kiyev, Ukrayna) matçında müəyyənləşəcək. “Gent”lə (Belçika) “İnter” (İtaliya) 3-cü, Tiflis və Zaqrebi təmsil edən “Dinamo” komandaları isə 7-ci yer uğrunda matçda üz-üzə gələcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30