20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Svanadze: “Nəticə qaneedicidir”

Bu gün Topaz Premyer Liqasında 27-ci tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “İnter”ə 4:3 hesabı ilə qalib gəlib. 
 
Qəbələ şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Zaur Svanadze məğlubiyyəti belə şərhə edib:
 
"Çox maraqlı oyun keçdi. Vəziyyətimi bilirsiniz. Futbolçularda yorğunluq olduğundan meydana fərlqi heyət çıxarmışdım. 4 qol buraxmaq istəməzdik. Bu, "Qəbələ"yə etdiyimiz hədiyyələr nəticəsində reallaşdı. Son turda "Kəpəz"ə qarşı fərqli oynayacağıq".
 
Gürcüstanlı mütəxəssis mövsümü 3-cü pillədə başa vurmaqla bağlı da fikirlərini açıqlayıb: "Nəticə qaneedicidir. Bunu "Qəbələ" ilə oyunda rəsmiləşdidik. Bu, mövsümün qarşılaşması idi". 
 
O, əksər futbolçularının başqa komandalara keçməsindən xəbərdar olduğunu bildirib. "Səlahət Ağayevin "Neftçi" ilə razılaşdığını eşitmişəm. Tərlan Quliyevlə Nizami Hacıyev də gedirlər. Mənə isə təklif yoxdu".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30