19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Zenyov: "Ora da Azərbaycanın bir hissəsidi"

"Qəbələ"nin hücumçusu Sergey Zenyov Futbolxeber.az saytına müsahibə verib. 
 
Cari mövsümün son ev oyununda "İnter" üzərində 4:3 hesablı qələbə qazandınız. Görüşün belə məhsuldar alınacağını gözləyirdiniz?
Oyun anlaşılmaz alındı. İlk dəqiqələrdə qapımızda qol gördük. Ardınca daha bir dəfə məyus ola bilərdik. Yekunda çətin də olsa, qələbə qazandıq və ikinci yeri təmin etdik. Təbii ki, qalib gəldiyimiz üçün şadam. 
 
Gümüş medal "Qəbələ"ni qane edir?
Təbii ki, hər birimiz çempion olmaq istəyirdik. Bunun üçün şansımız real idi. Təəssüf edirik ki, sona yaxın qızıl medallardan uzaq düşdük.
 
Yəqin ki, artıq "Sumqayıt"la son turun oyununu deyil, kubokun finalını düşünürsüz?
Hə, artıq yalnız final barədə düşünürüi. 
 
"Qarabağ"dan qisas almaq mümkün olacaq?
Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik. Mövsümü titulla başa vurmaq arzusundayıq. 
 
Kubokun finalı Naxçıvanda keçiriləcək. Hansı ki, burada heç vaxt meydana çıxmamısan
Naxçıvan haqda geniş məlumatım yoxdu. Ora da Azərbaycanın bir hissəsidi. Maraqlı oyun olacaq.
 
Səni növbəti mövsüm də "Qəbələ"də görə biləcəyik?
Hələ ki, heç bir təklif almamışam.
 
Yəqin ki, mövsüm başa çatdıqdan sonra bu barədə söhbət olacaq.
Yəqin ki.
 
Təklifə münasibətin necə olacaq?
Bu, müəyyən faktorlardan asılıdır. Amma indi nüanslara varmaq istəməzdim.
 
Hansı nüanslardan?
Burada ailə məsələsi və digər məqamlar var. Mən də komandaa qalmaq istərəm. Yaxşı kollektivimiz, yaxşı rəhbərliyimiz var. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30