18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Abdulbari Gözəl: “Əsas hədəfimiz Avropada özümüzü sübut etməkdir”

Bu gün Topaz Premyer Liqasında 27-ci tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, çempionluğunu rəsmiləşdirən “Qarabağ” evdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.
 
“Azərsun Arena”dakı matçdan sonra çempion üçün mükafatlandırma mərasimi keçirilir. Tədbirdə iştirak edən “Qarabağ”ın prezidenti Abdulbari Gözəl “CBC Sport”a açıqlamalar verib: “Bu mövsüm ardıcıl dördüncü dəfə çempion olduq. “Qarabağ” Azərbaycanda bayrağımız kimidir. İnşallah, biz “Qarabağ”ı daima yüksək yerlərdə görəcəyik. Azərbaycan futbolu, idmanı hərtərəfli inkişaf edir. “Qarabağ” da bu mənada birinci yerdə gedir. Və bizim əsas hədəfimiz Avropada özümüzü sübut etmək, daha çox uğur qazanmaqdır”. 
 
O, Çempionlar Liqasının qrup mərhələsinə adlamaqla bağlı da fikirlərini açıqlayıb: “Gözləntimiz var və həmişə arzumuz budur. Ölkə daxilində bir-birimizə qalib gəlmək məni qane etmir. Önəmlisi odur ki, içimizdən çıxanlar olsun və gedib Avropada qələbə qazansınlar. Amma “Qarabağ”ın qələbəsinin azərbaycanlılar və qarabağlılar üçün başqa bir mənası var. “Qarabağ” Qarabağındır, Qarabağ da Azərbaycanındır”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30