20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” Danimarka klubunu məğlub etdi

Yunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirində növbəti oyunlar keçirilib. Futbolxeber.az-ın məlumatına görə, qrup mərhələsində 3 matçda qüvvəsini sınayan “Qəbələ”nin U-15 komandası 9-12-ci yerlər uğrunda mübarizəyə qoşulub. 
 
“Qırmızı-qaralar” Danimarkanın “Lyunqbyu” komandası ilə üz-üzə gəlib. Famil Xəlilovun baş məşqçisi olduğu komanda bu görüşdə 2:1 hesabı ilə qalib gəlib. “Qəbələ”nin hər iki qoluna Samir Məhərrəmli imza atıb. 
 
Bu qələbə “qırmızı-qaralar”a 9-10-cu yerlər uğrunda matçda qüvvəsini sınamaq imkanı verib. Təmsilçimiz bu gün Albaniyanın “Tirana Nasional” klubu ilə görüşəcək.
 
Xatırladaq ki, “Qəbələ” qrup mərhələsində Yunanıstan “Apollon”u ilə heç-heçə edib (1:1), ardınca Serbiya “Partizan”ı (0:3) və Afina “Panatinaikos”una (0:2) məğlub olub.
 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30