29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Sadıq Sadıqov futbola qayıdır?

Və ya "Neftçi"yə sahib olmaq uğrunda klanların mübarizəsi davam edir
Bir müddətdi ki, kuluarlarda Sadıq Sadıqovun yenidən futbol təsərrüfatına qayıdacağı haqda söhbətlər gəzir/dezinformasiyalar yayılır.
 
2009-2015-ci illərdə “ağ-qaralar”a rəhbərlik eləmiş Sadıqovun idarəçiliyi müstəqillik dövründə “Neftçi” tarixinin ən zəngin dönəmi sayılır. Azərbaycan futbolunda ilk dəfə Avropa Liqasında qrup mərhələsinə düşən, ardıcıl ölkə çempionluqları, kubokları qazanan “ağ-qaralar”ın 2013-cü ildə enişi başladı. Elə həmin il klubda Müşahidə Şurası yaradılmışdı.
 
Elşad Nəsirov və Rövnəq Abdullayev klanı arasında “Neftçi”yə sahiblik eləmək uğrunda SOCAR daxilində mübarizə birincilərin qələbəsiylə başa çatmışdı. Daha doğrusu, Abdullayev və “drujinası” öz xoşuyla bu dartışmadan çəkilmişdi.
 
Müşahidə Şurası formatı yaradılandan isə “Neftçi”nin kuboksuz günləri başladı və bugünədək davam edir.
 
Yenə kuluarlarda gəzən söhbətlərə görə bu uğursuzluq zolağının müntəzəm və inadla davam eləməsi üçün Abdullayev klanının rolu danılmazdı.
 
Onlar maraqlıdır ki, bu sistem daim təsdiqini tapsın: “Neftçi”ni ələ almaq istəyirdiniz, buyurun, verdik, indi davam edin uğurlu nəticələrə - bacararsınızsa...” 
 
“Flaqman” üçüncü mövsümdü ki, turnir cədvəlinin ekvatorundan yuxarı qalxa bilmir. Tarixin ən böyük məğlubyyətini də bu dönəmdə aldı (“Qəbələ” – 0:8). Həm nəticələr, həm idarəetmədəki böhranvari situasiya səngimir və belədə yenidən Sadıq Sadıqovun klub rəhbərliyinə qaytarılacağı, onun da öz keçmiş komandasıyla birgə gələcəyi haqda müzakirələr gedir.
 
Maraq üçün bildirək ki, məhz bu söz-söhbətlərə alternativlər də artıq ortaya atılmaqdadır. Bəzi mənbələrdə qeyd olunur ki, “Səbail” Premyer Liqaya yüksələndə klubun rəhbərliyi Sadıqova həvalə olunacaq.
 
Güman ki, bunu “şuravilər” əks gediş kimi ediblər. Sadıqovun “Neftçi” gətirilməməsi üçün, dolayısıyla Abdullayev – Nəsirov klanı arasında gözlə görünəyən “Neftçi” dartışmasında iz azdırmaq  məqsədiylə ortaya atılmış versiyadı.
 
Sadıqov “Neftçi”nin  sayca 6-cı prezident idi. Həm titul, həm də postunda qalmaq müddətinə görə isə ikinci. O, 8 il 7 ayda klubun muzeyinə 6 titul gətirən  Aydın İbrahimovdan geri qalır. Sadıqov “Neftçi”dən gedəndən az sonra  - 2015-in sentyabrında Cüdo federasiyasına vitse-prezident təyin edilmişdi. Böhranda olan bu sahəni himayəsinə götürən Rövnəq Abdullayev Sadıqovun cüdoda da uğurlar qazanması üçün “səxavət kisəsinin” ağzını geniş açdı. Beləliklə, Sadıqov obrazında Abdullayev klanına futbolda/idmanda hansısa damğa vurmağa çalışılsa da, böyük pullar hesabına imicin yerində saxlanması üçün heç də az çaba sərf edilmədi. 
 
Sadıqov futbola qayıtmaq istəmədiyini daim və israrla bildirsə də, Abdullayev klanının Nəsirov klanına qarşı kini soyumayıb və  müşahidələrimiz hiss edir ki, “Neftçi”nin onların əlindən alınması bağışlanmayacaq.
 
Elçin  Cəlilov, Futbolpress.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31