25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Serjio: “Hər şey bizdən asılı deyil”

Topaz Premyer Liqasının XXVI turu çərçivəsində Gəncədə “Qəbələ” üzərində qazanılan 2:0 hesablı qələbədə Serjio Karneyronun da əməyi az olmadı. Futbolxeber.az-ın məlumatına görə, “sarı-göylər”in yarımmüdafiəçisi oyunu ilə komandanın üç xal qazanmasında mühüm rol oynadı. 
 
Klub saytına açıqlama verən Serjinyo bu matç ilə bağlı fikirlərini bölüşüb: “Əla matç alındı. Oyuna yaxşı başlamışdıq, üstünlük də bizim tərəfimizdə idi. Ancaq ilk 20 dəqiqədən sonra rəqib fəallaşdı və oyunu balanslaşdırdı. Bu üzdən meydanda bərabər səviyyəli oyun getdi. İkinci hissədə isə biz çox güclü idik. Motivasiyamız super idi. Yaxşı oynadıq və çoxlu qol imkanları yaratdıq. Ədalətli olaraq da, matçı qalib başa vurduq”.
 
Kosta oyunun sonlarına doğru əvəzlənsə də, bu daha çox hesabın qorunmasına hesablanmış addım idi. Yarımmüdafiəçi meydanda olduğu 82 dəqiqə ərzində hücum xəttində möhtəşəm oyun sərgilədi, komanda yoldaşlarını ötürmələr ilə təmin edib, hətta epizodların birində özü də fərqlənməyə yaxın oldu. Amma zərbəsi tirə tuş gəldi. Bir sözlə, Karneyro bəlkə də cari mövsümdə ən yaxşı oyununu keçirdi: “Şübhəsiz ki, bu oyun mənim çempionatda ən yaxşı matçım idi. Düşünürəm ki, hamı kimi mən də yaxşı çıxış etdim. Təbii ki, kiminsə yaxşı oynaması yox, ən vacib olanı komandanın qələbə qazanması idi. İndiki vəziyyətdə isə ən önəmlisi “Kəpəz”in qalib gəlməklə məqsədinə doğru irəliləməsidir”.
 
Serjinyo oyun boyu komandanı dəstəkləyən azarkeşlər haqda da danışıb: “Stadionda super atmosfer vardı. İkinci hissə fantastik idi, oyunumuzla azarkeşləri ayağa qaldırmışdıq. Onlar bir-birinin ardınca təhlükəli vəziyyətlər izləyirdilər və yerlərində sakit oturmağa macal tapmırdılar. Gəncədə oynamaq həmişə əladır. Azarkeşlər bizə güc və inam bəxş edir, bu isə oyunumuza çox kömək olur. Fanatlar xüsusən də, “Qəbələ” ilə matçda super idilər.  Atmosfer Portuqaliyadakı böyük oyunların, məsələn, “Benfika” – “Porto” qarşılaşmaları səviyyəsində idi”.
 
“Kəpəz”in qarşısında duran əsas vəzifə ötən mövsümkü uğuru təkrarlayıb Avropa Liqasına vəsiqə qazanmaqdır. Portuqaliyalı futbolçu hələ mübarizənin irəli olduğunu söyləyib: “Nəzəri olaraq şanslarımız var, ancaq indi hər şey tək bizdən asılı deyil! Hazırda ən önəmlisi AZAL-la görüşdür. Bu oyun bizim üçün final matçına bərabərdir. Qalib gəlməliyik, görüşün necə keçəcəyini bilmirik. Lakin biz ora qələbəni düşünərək yollanacağıq və bunun üçün də əlimizdən gələni edəcəyik. Mən bunu komanda yoldaşlarımın adından da deyə bilərəm”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30