18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Muarem Muarem: “Rahatlaşmamalıyıq”

Bu gün Topaz Premyer Liqasında 26-cı tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Qarabağ” səfərdə “İnter”ə 3:0 hesabı ilə qalib gələrək sona 2 tur qalmış çempionluğunu élan edib. “İnter Arena”dakı matçdan sonra əməkdaşımızın suallarını cavablandıran Ağdam klubunun yarımmüdafiəçisi Muarem Muarem qələbəni belə şərh edib:
 
“Şükürlər oslun ki, bu gün çempionluğumuz rəsmiləşdi. Yaxşı oyun oldu. Çox diqqətli oynadıq. “İnter”in gücünü bilirdi. 3 oyun idi, onlara qalib gələ bilmirdik. Meydana çempionluğu deyil, oyunu düşünərək çıxmışdıq. Ardıcıl dördüncü dəfə çempionluq olduq”. 
 
Makedoniyalı futbolçu Azərbaycan Kubokunun finalında “Qəbələ”yə qarşı keçirəcəkləri oyundan da söhbət açıb: “Qarşıda “Qəbələ” ilə kubok oyunumuz var. Finalda ab-hava başqa cür olur. Yaxşı hazırlaşmalıyıq. Qarşıda iki çempionat oyunumuz da var. Rahatlaşmamalıyıq. Çümki finala hazırlaşmalıyıq. Kubok matçını da qazanmaq istəyirik”. 
 
O, Çempionlar Liqasının qrup mərhələsinə düşməklə bağlı da danışıb: “Son anda qrup mərhələsinə adlamaq şansını əldən vermişdik. Əlimizdən gələni edib Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Komandamız yaxşıdır. Amma əlbəttə ki, komandadan gedəcək və qalacaq futbolçularla bağlı qərarları baş məşqçimiz verəcək. Buna da hörmətlə yanaşacağıq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30