16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Roman Qriqorçuk: “Mən bunu futbol saymıram”

Bu gün Topaz Premyer Liqasında 26-cı tura yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Kəpəz” doğma meydanda “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəlib. Gəncə şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti belə şərhə edib:
 
- "Kəpəz" qələbəyə layiq idi. Mövsümdə ilk dəfədi ki, rəqib bizdən üstün oyun sərgilədi. Özü də bütün komponentlərdə. Ancaq bu da bir dərsdi. Təhlil edib nəticə çıxarmalıyıq.
 
- Komandada motivasiya görmədik. Bu, qızıl medaldan əlin üzülməsi ilə əlaqədar idi?
- Qismən razıyam. Psixo-emosional durumumuz ürəkaçan deyildi.
 
- Fasilədən sonra fərqli "Kəpəz" və fərqli "Qəbələ" gördük...
- Razıyam. "Kəpəz"də fantastik istək var idi.
 
- Hakimlik ve meydandan narazılığınız yoxdu?
- Mövsüm ərzində olub. Amma son oyunlarda heç bir iradım yoxdu. Meydançaya gəlincə, əvvəlki kimi pis deyildi. Həm də rəqibin oyunu hər şeyi göstərir və deyir.
 
- İkinci hissənin əvvəlində müdafiə və hücum arasında dəlik yarandı. Tez açılmadınız?
-  Ümumiyyətlə, ikinci hissənin futbolu mənə yaddı. Bu azarkeşin xoşuna gələ bilər. Amma mən bunu futbol saymıram (Sport24.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30