23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

16-cı duelə doğru

Bu gün Topaz Premyer Liqasında XXVI tura yekun vurulacaq. Futbolxeber.az-ın məlumatına görə,  “Qəbələ” səfərdə “Kəpəz”lə qarşılaşacaq.
 
Aprelin 16-da baş tutacaq görüş komandaların mövsümdə son dueli olacaq. Mövsümün ilk yarısındakı hər iki oyunu evdə keçirən Roman Qriqorçukun yetirmələri əvvəl 2:0, sonra 2:1 hesabı ilə qalib gəlib. III dövrənin Gəncədəki matçında isə qalib müəyyənləşməyib – 1:1.
 
Ümumilikdə isə rəqiblər indiyədək 15 dəfə üz-üzə gəlib. Bu matçların hamısı çempionat çərçivəsində baş tutub. 16-cı duelədək “qırmızı-qaralar” 6 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə məğlub olub. 27 qolun vurulduğu oyunlarda “Qəbələ” 15, “Kəpəz” 12 dəfə fərqlənib.
İndiyədək 7 dəfə gəncəlilərin qonağı olan komandamız 1 qələbə əldə edib, 3 heç-heçə ilə kifayətlənib və 3 dəfə uduzub. Səfər oyunlarındakı top fərqi 4:8-dir. 
 
“Qəbələ”nin rəqib qapısından keçirdiyi 15 qola fərqli futbolçular imza atıb. Şimal təmsilçisinin 14 oyunçusu “Kəpəz”i məyus edibsə, 1 dəfə də - son matçda gəncəlilər avtoqola üzülüb. Bu topu Renan Silva öz qapısından keçirib. 
 
2010/11 mövsümü
31.10.2010. Gəncə - Qəbələ - 0:0
27.02.2011. Qəbələ - Gəncə - 0:0
02.04.2011. Qəbələ - Gəncə - 1:1
Murad Hüseynov, 26 - Junivan Suares, 56
12.05.2011. Gəncə - Qəbələ - 0:0
2011/12 mövsümü
16.10.2011. Qəbələ - Kəpəz (Gəncə) - 2:0
Deon Barton, 41, Dodo, 53
07.03.2012. Kəpəz (Gəncə) - Qəbələ - 3:2
Sabir Allahquliyev, 72, Yuri Fomenko, 75, Junivan Suares, 87 - Lyuba Baranin, 32, Yannik Kamanan, 85
2012/13 mövsümü
15.09.2012. Kəpəz (Gəncə) - Qəbələ - 1:0
Bəxtiyar Soltanov, 41
19.11.2012. Qəbələ - Kəpəz (Gəncə) - 2:0
Viktor Mendi, 61, Rəşad Abdullayev, 66 (p.) 
2015/16 mövsümü
23.08.2015. Qəbələ - Kəpəz (Gəncə) - 1:0
Ermin Zets, 6
01.11.2015. Qəbələ - Kəpəz (Gəncə) - 1:2
Fakundo Pereyra, 69 -  Aleksandr Sitnik, 2, Dario Federiko, 90+4
30.01.2016. Kəpəz (Gəncə) - Qəbələ - 3:0
Julien Ebah, 25, 75, Namiq Ələsgərov, 57
20.05.2016. Kəpəz (Gəncə) - Qəbələ - 0:1
Aleksey Qay, 76
2016/17 mövsümü
08.08.2016. Qəbələ - Kəpəz (Gəncə) - 2:0
Tellur Mütəllimov, 58; Baqali Dabo, 79 
17.12.2016. Qəbələ - Kəpəz (Gəncə) - 2:1
Filip Ozobiç, 23 (p.); Ruslan Qurbanov, 83 (p.) - Tural Axundov, 77 (p.)
28.02.2017. Kəpəz (Gəncə) – Qəbələ - 1:1
Şəhriyar Rəhimov, 36 - Renan Silva, 54 (ö.q)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30