28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Davud Kərimi: “Başqa yolumuz yoxdur”

Topaz Premyer Liqasının XXVI turunda “Kəpəz”i çətin sınaq gözləyir. Futbolxeber.az-ın məlumatına görə, “sarı-göylər” çempionluğa oynayan “Qəbələ” ilə qarşılaşacaq.
 
Bu oyun öncəsi Gəncə təmsilçisinin qapıçısı Davud Kərimi klub saytına açıqlama verib: “Hamımızın fikri qələbə qazanmağa yönəlib. Avroliqaya vəsiqə əldə etmək üçün qarşıdakı bütün oyunlardan üç xal götürməliyik. Başqa yolumuz yoxdur. Futbolçular məsuliyyəti, qarşıya qoyulan vəzifəni yaxşı dərk edir. Bunun üçün əvvəlcə “Qəbələ” ilə görüşdə məqsədimizə çatmalıyıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamı doğma meydanda qələbəyə, azarkeşləri sevindirməyə köklənib. Sonuncu turda “Neftçi” üzərindəki qələbə də uşaqları daha da ruhlandırıb. Bu qələbə ilə Avropa yolunda yenidən şans qazandıq. Qarşıdakı oyunda da uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31