29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” “Krasnodar”dan üstün oldu

Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında “İzmir cup” turnirinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” turnirin son günündə 4 oyun keçirib. 
 
“Qırmızı-qaralar” 17-24-cü yerlər uğrunda mübarizədə B qrupunda çıxış edib. Təmsilçimiz əvvəl Elmir Hüseynlinin qolu ilə “Şiltiqeym”ə qalib gəlib -1:0. Ardınca “Hamborn”la qarşılaşan Zaur Hacıyevin yetirmələri 2:1 hesablı qələbə əldə edib. Rəqib qapısına qolları Eşqin Əhmədovla Məhəmməd Fahlulov vurublar. Qrupdakı son matçında “Tuzlaspor”la qolsuz heç-heçə edən Şimal təmsilçisi 1-ci yeri tutub. Bu, “qırmızı-qaralar”a 17-ci yer uğrunda matçda oynamaq imkanı verib. Son matçında “Krasnodar”la görüşən “Qəbələ” 2:1 hesablı qələbə qazanıb. Murad Ələkbərov və Elmir Hüseynlinin qolları qəbələliləri yekun sıralamada 17-ci olması üçün kifayət edib. 
 
Beləliklə, 3 gün ərzində 15 oyun keçirən “Qəbələ” İzmirdə 8 qələbə qazanıb, 4 heç-heçə edib və 3 dəfə məğlub olub. 18 qol vuran komandamız 9 top buraxıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31