20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Tərlan Əhmədov gələcəyindən danışdı: “99,9 faiz…”

Bu gün Topaz Premyer Liqasında 25-ci tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Neftçi” öz meydanında AZAL-a 4:0 hesabı ilə qalib gəlib. “Bakcell Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti belə şərhə edib:
 
- Rəqibi təbrik edirəm. Çox istəkli idilər. Bizdə istək çatışmırdı. Komandada zədəlilər də çox idi. Bu cür ağır vəziyyətdə oyunçuları itirmək çox çətindi. İlk dövrədə “Qarabağ”a böyük hesabla məğlub olduqdan sonra heç bir oyunda belə uduzmamışdıq. Çempionatın sonuna az qalıb. Heç kimi ittiham etmək istəmirik. İki tur qalıb. Bu iki turu da yola verək, sonra baxarıq necə olacaq.
 
- Emin Cəfərquliyevin yoxluğu komandanın oyununa necə təsir etdi?
- Bu gün Azərbaycanda universal oyunçulara daha çox ehtiyac var. Ehtiyatda qapıçıdan əlavə 6 oyunçu olur. Meydanda isə 10 oyunçu. Bir oyunçu belə olmayanda, bu özünü bariz göstərir. Xüsusilə də, bizim kimi maddi çətinliyi olan komandalarda.
 
- Vitse-prezident Vaqif Qasımov komandanın yüksək liqada saxlanılacağı təqdirdə, vəziyyətin düzələcəyini deyib...
- Bu barədə məlumatım yoxdu. Mən də istəyərdim komanda yüksək liqada qalsın. Yaxşı infrastrukturu var. Mən qalacam, qalmayacam, bilmirəm. Lakin 99,9 faiz gedəcəm.
 
- Vəziyyət düzəlsə də?
- Yeni mövsüm avqustun birinci on günlüyündə başlayacaq. Vəziyyət düzələcəksə, bunu indidən bilməliyik ki, heyəti komplektləşdirək. Çempionat başlayandan sonra oyunçu yığmaq çox çətindi.
 
- Oyunçularınız penaltini bölüşə bilmirdi sanki...
- İlk dəfədi bizim lehimizə penalti verdilər. Ancaq bizim əleyhimizə 6 penalti verilib. Verməsələr də, mənim üçün sensasiya olmazdı. Penaltini niyə Nuqzar Kvirtiya vurdu, bilmirəm. Yəqin, öz aralarında elə razılaşıblar. Bizdə ştatlı penalti vuranlar Ruslan Əmircanov, Rəşad Abdullayev və Nuqzardı. Onlar öz aralarında belə razılaşıblar yəqin.
 
- Vaqif Cavadovun oyunu barədə nə deyə bilərsiz?
- Ona vaxt lazımdı. Böyük klublarda oynadıqdan sonra pulsuz oynamaq yəqin ona da təsir edir. Heç kim heç kimi şəxsiyyətinə görə seçmir. Şəxsən mənim üçün futbolçunun dini, irqi, heç bir rol oynamır. O ki qaldı Vaqifə, hər şey onun öz əlindədi.
 
- Adətən, 65-ci dəqiqədə hər 3 əvəzetmədən istifadə etmirlər. Ancaq siz bu gün əvəzetmələri tez etdiz. Sonradan oyunçunuz Qalperin zədələnəndə, onu əvəz edə bilmədiz... 
- Hesab 0:4 olduğundan, mərkəzdəki boşluğu doldurmaq lazım idi. Ona görə, əvəzetmələri tez etdim (Komanda.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30