23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Elman Sultanov: “O, bağışlanılmaz səhvə yol verdi”

Futbol üzrə Azərbaycan I Divizionun XXIV turu çərçivəsində keçirilən “Zaqatala” – “Səbail” matçından sonra qonaqların baş məşqçisi Elman Sultanov mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə,  mütəxəssis jurnalistlərin suallarını belə cavablandırıb:
 
- İlk yarıda buraxılan ardıcıl səhvlər və qol...
- Futbol səhvlər üzərində qurulub. Olur belə şeylər. Ruslan Premyer Liqa təcrübəsinə sahibdi. Ancaq bağışlanılmaz səhvə yol verdi. Biz 2-ci hissədə daha inamlı oynadıq. Düşünürəm ki, hesab ədalətlidi. İlk yarıda “Zaqatala”, fasilədən sonra isə biz üstün futbol sərgilədik. Çalışacağıq 2-ci pilləni tutaq.
 
- Bayram Budaqov oyuna daxil edildikdən sonra hücumlarınızın kəsəri nəzərəçarpacaq dərəcədə artdı. Maraqlıdı, bu futbolçu nəyə görə ilk dəqiqələrdən oynamırdı?
- Bu sualı müzakirə etmək istəmirəm. (Bir qədər düşündükdən sonra) Ona qış fasiləsindən sonrakı ilk 5 oyunda şans verdim. Bütün görüşlərdə də meydanda olur. Sadəcə, ikinci hissədə oyuna daxil olduqda daha inamlı və əzmkar olur.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30