16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Svanadze: “İnter"dəki işimi davam etdirmək istəyirəm”

Bu gün Topaz Premyer Liqasında 25-ci tura yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Zirə” doğma meydanda “İnter”lə 1:1 bərabərə qalıb. Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Zaur Svanadze heç-heçəni belə şərh edib:
 
- İlk öncə komandanı təbrik edirəm. Bizə dəstək olan hamıya, çətin vəziyyətdə köməyini əsirgəməyən AFFA-ya təşəkkür edirəm. Bizim üçün böyük nailiyyətdi. Azarkeşlərimizi də təbrik edirəm. Həmişə bizim yanımızda olduqlarına görə təşəkkür edirəm. Matça yaxşı başladıq. Oyunda hesabı açsaq da, üstünlüyü qoruyub-saxlaya bilmədik. Nəticə bizim üçün qənaətbəxşdi.
 
- “Bürünc”ü də qazandız, avrokuboklara vəsiqəni də təmin etdiz. Öz gələcəyinizlə və klubun taleyi ilə bağlı nə deyə bilərsiz? 
- Konkret bir şey deyə bilmərəm. Ancaq bu komandada qalıb işimi davam etdirmək istəyirəm.
 
- Klubda əsasən qış fasiləsindən sonra qeyri-müəyyənlik olsa da, sonda avrokuboklara vəsiqəni və bürünc medalı qazana bildiz. Ancaq maliyyə vəziyyəti heç də pis olmayan bəzi komandalar buna nail ola bilmədi. Komandanı bu oyunlara necə motivasiya etdiz? 
- Bizdə yaxşı futbolçular cəmləşmişdi. Onlar əsl peşəkar idi. Buna görə, onları motivasiya etməkdə çətinlik çəkmədim. Mövsümün ilk yarısında komandaya kömək olan, uğurlarımızda pay sahibi olmuş iki oyunçu - Ruslan Abışov və Ağabala Ramazanova da təşəkkür edirəm. Onlar qışdan sonra komandadan ayrılsa da, ilk iki dövrədə qazanılan nəticələrdə böyük pay sahibi oldular. (Komanda.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30