23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qriqorçuk: “Tək düşündüyüm qalan oyunlarda və kubokun finalında qalib gəlməkdi”

Bu gün Topaz Premyer Liqasında 25-ci tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Qarabağ” evdə “Qəbələ” ilə 0:0 bərabərə qalıb. Tofiq Bəhramov adına Respublika stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərhə edib:
 
- Təəssüf ki, bu gün qalib gələ bilmədik. Ancaq buna baxmayaraq, komanda verilən tapşırıqları tam yerinə yetirdi. Yolumuza davam edirik. “Qarabağ”a gələn oyunlarda uğurlar arzulayıram.
 
- Qara Qarayev meydana çıxdıqdan sonra Cavid Hüseynov görünmürdü. Olmazdı ki, onu Rasim Ramaldanovla əvəzləyərək, Rəşad Sadiqovu mərkəzə çəkərdiniz?
- Belə müzakirələr etsək, vaxt çatmaz. Mən düzgün seçim etdiyimi düşünürəm.
 
- “Qəbələ”nin çempion olub-olmaması sizin klubdakı gələcək taleyinizə nə dərəcədə təsir edəcək?
- Bir ay bunda sonra nə olacağını deyə bilmərik. İndi mənim tək düşündüyüm qalan oyunlarda və kubokun finalında qalib gəlməkdi.
 
- Matçın sonuna kimi bir hücumçuyla oynadınız. Olmazdı ki, oyunun sonlarında iki hücumçuya şans verəsiz?
- Biz oyun zamanı 4 hücumçuyla oynadıq. Məncə, bu, kifayət idi.
 
- Sona 3 tur var. “Qəbələ”nin çempionluq şansını nə qədər dəyərləndirirsiz?
- Bunu indidən demək olmaz. Bunlar hamısı tapmacadı. “Qarabağ”ın şansı daha çoxdu. Lakin 3 qələbə 9 xal deməkdi. Yəni hər şey mümkündü.
 
- Bu gün komandada qələbə üçün nə çatmadı?
- Bu gün “Qarabağ” çox yaxşı oynadı. Ümid edirdik ki, sürət hesabına rəqibi üstələyə bilərik. Ancaq rəqib bunun öhdəsindən layiqincə gəldi.
 
- “Qəbələ” bu mövsüm bir çox oyunda xal itirdi. Düşünmək olarmı ki, bu mövsümdə “Qəbələ”nin əsas rəqibi “Qarabağ” yox, elə özü olub?
- Bununla müəyyən qədər razıyam. Bəzi oyunlar var idi ki, orda qalib gəlməmək mümkün deyildi. Lakin həmin oyunlarda heç-heçə etmişik. 10-15 qol vəziyyəti yaratsaq da, bunlardan istifadə edə bilməmişik. Ancaq həmin matçlarda yaxşı oyun sərgiləmişdik.
 
- “Qəbələ” daha çox kubok komandası kimi tanınır. Bu, “Qarabağ”la final oyununda komandaya kömək ola bilər?
- “Qarabağ”ın çempion olmaq şansı daha çoxdu. Çempion olsalar, onlar daha bir titul qazanmaq istəyəcəklər. Bu cəhətdən, məncə, onlar psixoloji cəhətdən daha hazır olacaqlar.
 
- Sizcə, “Qarabağ”ın çempion olmaq şansı daha çoxdu, yoxsa, “Qəbələ”nin kuboku qazanmaq?
- Belə suallardan sonra düşünürəm ki, mənə məşqçilik lisenziyasıyla birlikdə peyğəmbərlik lisenziyası da lazımdı (gülür). Çünki, belə şeyləri əvvəlcədən müəyyənləşdirmək mümkün deyil.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30