24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Seçkidə qalib gələ bilməsəm də…”

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə seçki ilə bağlı assosiasiyanın rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, o, seçilə bilməsə də, böyük təcrübə qazandığını deyib:
 
“Hörmətli futbol ailəsinin üzvləri. Bildiyiniz kimi, AFFA-nın İcraiyyə Komitəsinin  iclasında mənim UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyim irəli sürülmüşdü. Ötən dövr ərzində UEFA-nın üzvü olan 55 ölkənin 50 milli assosiasiyasının rəhbər şəxsləri ilə görüşlərim oldu, seçki proqramımı təqdim etdim, futbolun inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıq. Aprelin 5-də Finlandiyanın paytaxtı Helsinki şəhərində təşkil olunmuş UEFA-nın 41-ci növbəti Konqresində keçirilən seçkidə qalib gələ bilməsəm də, seçkiyə hazırlıq dövründə Avropa futbolunun nüfuzlu şəxsləri ilə görüşlərim mənim üçün böyük təcrübə oldu və gələcək fəaliyyətimdə bu proses zamanı əldə etdiyim təcrübədən maksimum yararlanmağa çalışacağam. Konqresdə mənə səs verən 24  milli assosiasiyanın kollektivinə, hazırlıq dövründə məndən dəstəyini əsirgəməyən hər bir kəsə, ölkə futbol ictimaiyyətinə, media təmsilçilərinə, ümumilikdə, futbol ailəmizə dərin təşəkkürümü bildirirəm”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30