16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Qara Qarayev: “Lokomotiv” məmnuniyyətlə oynaya biləcəyim yerdi”

Ötən gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, ilk oyundan “Neftçi”ni məğlub edən (2:0) “Qarabağ” evdəki cavab qarşılaşmasıda meydanı qolsuz bərabərliklə tərk edərək finala çıxıb. 
 
Matçdan sonra Ağdam klubunun yarımmüdafiəçisi Qara Qarayev Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandırıb: “İlk oyunda sərfəli nəticə qazanmışdıq. Amma bu bizi arxayınlaşdırmamışdı. Başa düşürdük ki, "Neftçi" istənilən vaxt bizi cəzalandıra bilər. Siz də görürsüz ki, zədəli oyunçularımız var idi, meydana fərqli heyətlə çıxmışdıq. Buna baxmayaraq, finala yüksəldik. Azarkeşlərimizi təbrik edirəm. Hazırda final haqda yox, Premyer Liqanın növbəti turundakı “Qəbələ” ilə oyun barədə düşünürük”.
 
O, adının “Lokomotiv”lə (Moskva) birgə hallanması ilə bağlı da danışıb: “Lokomotiv”in baş məşqçisi Yuri Syominin açıqlamasını eşitmişəm. Amma rəsmi təklif yoxdu. Belə təklif olsa, klubla danışacam. Bu, baş məşqçimiz və rəhbərlikdən asılıdı. Bu işlə məşğul olan menecer var, amma klub olan yerdə menecerim müdaxilə edə bilməz. Klub nə desə, o olmalıdı. Çox düşünmüşəm, istəyirəm. Rəsmi təklif gəlsə və məni qane edən şərtlər olsa, getməyi düşünürəm. Yəni, hər şey məni razı salmalıdı. Şərtlər deyəndə, pulu nəzərdə tutmuram. Xaricdə daha çox oynamaq istəyirəm. Tam razı olmaram ki, gedib orada ehtiyatda oturum. “Lokomotiv” Rusiyanın ortabab klublarından biridi. Bizim və mənim üçün böyük komandadı. Təklif gəldiyi halda “Lokomotiv” məmnuniyyətlə oynaya biləcəyim yerdi”.
 
Qarayev başqa klublardan təklif olub-olmaması ilə bağlı da fikir söyləyib: “Var, amma rəsmi deyil. Ən ciddi ruslar maraqlanır. Yuri Syomin də danışıb bu haqda”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30