20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Hədəfimiz “qızıl dubl”dur”

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, ilk oyundan “Neftçi”ni məğlub edən (2:0) “Qarabağ” evdəki cavab qarşılaşmasında meydanı qolsuz bərabərliklə tərk edərək finala çıxıb. Sizi Tofiq Bəhramov adına Respublika Stadionundakı matçdan sonra Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandırıb:
 
- Əvvəlki açıqlamanızda demişdiniz ki, “Neftçi”ni öz meydanında məğlub etmək və mərhələ adlamaq xüsusi zövq verəcək. İstəyinizə çatdınız. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, çox gözəl, çox razıyam. Əvvəla “Neftçi”ni 80 illik yubileyi münasibətilə təbrik edirəm. Amma “Qarabağ” da tarixi klubdur. Əvvəlki oyunda 2:0 hesablı qələbə qazanmışdıq və bu gün də müsbət nəticə gözləyirdik. O da alındı. 
 
- Demək olar ki, ikinci heyətlə oynayırdınız. Meydana çıxan futbolçularınızın oyunundan razı qaldınızmı?
- Normaldı, yaxşı idilər. Əlbəttə ki, əsas mərhələ adlamaqdı. İndi “Qəbələ” ilə oyun bizim üçün əsasdır. Ona görə də baş məşqçimizin strategiyasını başa düşürəm. Mən bu oyunda Rəşad Sadıqovu görmək istəyirəm. Məncə, normal idilər. Qapıçımızın da 1-2 dənə qurtarışı oldu. 
 
- Heyətdəki dəyişiklik “Qəbələ” ilə oyun üçündü?
- Baş məşqçimizin fikrini bilmirəm, amma mən elə hesab edirəm. Hesab edirəm ki, düzgün siyasət idi. Çünki “Qəbələ” ilə oyun həlledici ola bilər. 
 
- Finalda da “Qəbələ” ilə üz-üzə gələcksiniz. Hədəfiniz “qızıl dubl”dur?
- Əlbəttə, hədəfimiz “qızıl dubl”dur. “Qarabağ” adı ilə, oyunu ilə buna layiqdi. “Qəbələ” də çətin rəqibdir. Bunu bilirik. Çox maraqlı, həyəcanlı olacaq. 
 
- Maraqlıdır ki, “Qəbələ” ancaq “Qarabağ”la oyunlarda ciddi mübarizə göstərir. Lakin digər rəqiblərə qarşı matçlarda onlarda belə motivasiya hiss olunmur…
- Adətən digər komandalar da “Qarabağ”a qarşı başqa keyfiyyətdə oyun göstərirlər. Amma “Qarabağ”da da belə məsələ var. Biz də zəif komandalarda oynayanda oyunçularda boşalma olur. Bizdə də belə hallar olur. Amma bilirəm ki, çox çətin oyun olacaq. Baş məşqçimizə, komandamıza xoş arzularım var. 
 
- Təbii ki, hə iki titiul dəyərlidir, amma seçim qarşısında olsanız, hansı kuboku qazanmağı istəyərdiniz?
- Əlbəttə, çempionluq. Amma bu barədə indi danışmaq düzgün deyil. Biz hər iki titulu da istəyirik. Arzum odur ki, “Qarabağ” “qızıl dubl” etməlidir. Bu, tarixə keçir, silə bilməzsiniz, əbədidir. 3-4 ili belə “qızıl dubl”larla keçirərək bu tarixi yaşamaq istəyirəm. Qarabağla bağlı bu həssas dövrdə bu, böyük reklamdır. Bunu dünya, qonşu ölkələrimiz görür. Ermənistan da görür. Bu, böyük mesajdır ki, biz Qarabağın yanındayıq, iddiamız var.
 
- Reynaldo “Qarabağ”dan gedəndən sonra “Adanaspor”da (Türkiyə) gözə dəymir. Onun bu bu vəziyyəti ilə bağlı hansı fikirdəsiniz? Çünki “Qarabağ”da olanda əsas qüvvə idi...
- Reynaldo çox istedadlı oyunçudur. İnanın ki, mən də bilmirəm. Onun elə möhtəşəm hərəkətləri vardı ki, heyran qalırdıq. Son vaxtlar bizdə də onun çıxışı alınmadı. Nə etdiksə, olmadı. Bilmirəm. Güman edirəm, yenə özünə gəlsin. Amma Reynaldoda nəsə alınmır.
 
- Muarem Muarem kimi, onu da qaytarmaq ehtimalı varmı?
- O, Qurban Qurbanovluq sualdır. Biz peşəkar klubuq və Qurbanovun işinə qarışmırıq. O, tamamilə baş məşqçimizə aid işdir. Amma Reynaldonun gəlməsi bizim üçün risk olar. Orada da uğur qazanmayıb və buraya hansı əhval-ruhiyyədə gələcəksə, mən orada risq görürəm. Amma yenə deyirəm, o, Qurbanovluq məsələdir.  
 
- Kubokun finalı Naxçıvanda olacaq…
- Əla! Əla! Dəstəkləyirəm. Mən gedib Batabatda kabab yemək istəyirəm. Mən razıyam. Edək, rayonlarımızı gücləndirək. Naxçıvan da bizimdir. Mən tam dəstəkləyirəm. Biz hər yerdə “vuruşmağ”a hazırıq. 
 
 Bəs azarkeşlər?
- Gəlsinlər. 
 
- Klub onların oyuna aparılması üçün nəsə edəcəkmi?
- O, çətin olar, onu deyə bilmərəm. Amma Naxçıvana getmək burdan Gədəbəyə getməkdən daha ucuzdu. Təyyarə bileti nə qədərdi?
 
- Gediş-gəliş 100 manat…
- Avtobuslarla da getmək olar. Getmək istəyənə, mane yoxdu. Bilirsiniz, klub elə bir şeydir ki, gərək bir sponsorun çiynində qalmasın, hamımız dəstək olaq. “Qarabağ” tək mənim deyil ki, bütün ölkənindir. Sponsor bir şirkətdir, amma 10 milyon azərbaycanlı var. Hələ xaricdə nə qədərdi…Dəvət edirəm gəlin ürək verin. 
 
- Bəlkə İrandan da gələnlər olar...
- Əlbəttə, gəlsinlər. Naxçıvan kimi bir cənnətdə böyük, gözəl oyun görmək çox gözəldir. Özüm də böyük həvəslə getmək istəyirəm. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30