29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurban Qurbanov: “Hər şey tərsinə çevrilə bilər”

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, ilk oyundan “Neftçi”ni məğlub edən (2:0) “Qarabağ” evdəki cavab qarşılaşmasında meydanı qolsuz bərabərliklə tərk edərək finala çıxıb. Tofiq Bəhramov adına Respublika Stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov mərhələ adlamaları ilə bağlı bu sözləri deyib: 
 
- İlk matçad sonra da bu oyunun çətin olacağını demişdim. Bu gün bir daha bunun şahidi olduq. Oyunçularda da, məndə də, qarşılaşmanın sonuna kimi arxayınılıq olmadı. “Neftçi” yaxşı komandadı. Belə davam etsələr, istənilən rəqibə qarşı nəticə qazanmaq gücündədilər. Oyunçularıma təşəkkür edirəm. Ardıcıl üçüncü dəfə finala çıxdıq. Qarşıda bizi “Qəbələ”yə qarşı çətin oyun gözləyir. Komandada yorğunluq olsa da, həmin oyuna hazır olmağa çalışacaqğıq.
 
- Sizcə, “Qəbələ”ylə oyun qızıl medalın taleyini həll edəcək?
- Belə düşünmürəm. Son turadək gərginlik davam edəcək. Kənardan bəlkə, həmin matçın həlledici olduğunu düşünmək olar, ancaq məğlub olsaq, hər şey tərsinə çevrilə bilər. Hər şey mümkündü. Həm “Qəbələ”, həm də biz düşünmədiyimiz oyunlarda xallar itirmişik.  
 
- “Qəbələ” ilə son oyunlarda söz-söhbət çox olub. İstəyərdinizmi ki, finalda “Qəbələ” yox, “İnter”lə qarşılaşasınız?
- Bizim istəməyimizlə deyil. Bəzi komandalarla oyun çətin keçir. “Qəbələ” də bu cür rəqiblərdəndi. Maraqlı, ancaq çox çətin olacaq.
 
- Yığmanın oyunlarından sonra Əfran İsmayılov çox tənqid olundu. Onun hazırda psixoloji vəziyyəti nə yerdədi?
- Normaldı. Hər oyundan sonra bəzi oyunçular tənqid olunur, bəzi oyunçular təriflənir. Əfran təcrübəli oyunçudu. Ancaq bir az ruhdan düşmüşdü, yorğunluq da var idi. Ancaq indi hər şey qaydasındadı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31