28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Svanadze: “Ümidvaram ki, bu jest bizə də ediləcək”

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, ilk oyundan “İnter”i məğlub edən (3:1) “Qəbələ” cavab qarşılaşmasıda da 2:0 hesabı ilə qələbə qazanaraq finala çıxıb. 
 
Qəbələ şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Zaur Svanadze məğlubiyyəti belə şərh edib: "Aydın məsələdir ki, öz meydanımızdakı məğlubiyyətdən sonra cavab görüşünə köklənmək çətin idi. İlk 15 dəqiqə ərzində fərqlənmək imkanlarımız olsa da, fərqlənə bilmədik. Qol buraxdıqdan sonra isə bizə çətin idi. Bu gün Rauf Əliyev və Nizami Hacıyevə istirahət verdim. Denis Silva isə ötən gün 38,5 dərəcə qızdırma içində idi. Oyunun gedişində 2 cinah müdafiəçisini dəyişdim. Slavik Alxasov və İlkin Qırtımov çempionat boyunca çox yükləndikləri üçün belə etdim".
 
Gürcüstanlı mütəxəssis finala yüksələ bilməyən komandasının bürünc medal şansını əldən verməməyə çalışacağını bildirib. O, "İnter" və özünün taleyindən də danışıb: "Transfer qadağası yenə davam etsə, bizə çox çətin olacaq. Amma Serbiya "Partizan"ının cəzasını bu yaxınlarda ləğv ediblər. Ümidvaram ki, bu jest bizə də ediləcək. Özümün qalmağım hadisələrin gedişindən asılıdır. Gözləyirik".
 
Svanadze Premyer Liqanın qalan 4 turunda futbolçuların özlərini yaxşı tərəfdən göstərməli olduqlarını bildirib: "Futbolçu ilk növbədə özü üçün oynayır. Özünü yaxşı tərəfdən göstərməyi bacarmalıdır ki, daha yaxşı komandalara keçə bilsin" ("Report").
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31