28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Şəmkir” və “Səbail”ə çempionluq yolunda ağır zərbə

Martın 16-sı və 17-də I divizionda XX turun oyunları keçirildi. “Şərurspor” və “Rəvan”ın çempionatdan uzaqlaşdırılmasından sonra bu turda cəmi 5 oyun baş tutdu.

Lider “Turan Tovuz” növbəti qələbəsini qazandığı halda, tovuzluların ən yaxın izləyicisi “Səbail” məğlubiyyət acısı yaşadı. Paytaxt klubu kimi “Şəmkir” də uduzmaqla medallar uğrunda mübarizədə ağır zərbə aldı.

HEÇ-HEÇƏSİZ TUR

Turda keçirilən 5 oyunun heç birində heç-heçə qeydə alınmayıb. Baş tutan 5 qarşılaşmadan 4-də meydan sahibləri, 1-də isə qonaqlar qələbə qazanmayıb. Səfərdə çıxış edən komandalardan yalnız “Mil-Muğan” 3 xal qazanmağa müvəffəq olub.

Keçirilən 5 qarşılaşmada qapılara 16 qol vurulub. Bu qollardan 12-si meydan sahiblərinin, 4-ü isə qonaqların payına düşüb.

Turun ən məhsuldar oyunu Ağsuda keçirilib. Eyniadlı komandanın “Səbail”lə duelində qapılara 5 qol vurulub. “Şahdağ” - “Göyəzən” matçında isə meydan sahibləri 4 dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. “Zaqatala” - MOİK, “Şəmkir” - “Mil-Muğan” görüşlərinin isə taleyinin cəmi 2 qol həll edib.

Yalnız “Ağsu” - “Səbail” qarşılaşmasında komandalardan hər ikisi qol vurmağı bacarıb.

“BAKILI” SENSASİYAYA İMZA ATA BİLMƏDİ

Çempionatın lideri “Turan Tovuz” öz meydanında “Bakılı”nı qəbul edib. Matçdan öncə tovuzlular bu görüşün aşkar favoriti idilər. Meydan amili, turnir cədvəlindəki vəziyyət, rəqibin autsayder olması - bir sözlə, hər şey Əsgər Abdullayevin komandasının lehinə idi. Üstəlik, ötən tur “Səbail”lə xalları yarı böldüyündən “Turan Tovuz”un “Bakılı” ilə görüşdə xal itirməyə haqqı yox idi.

Autsayder qrupunda qərarlaşan “Bakılı” gözlənildiyi kimi, güclü rəqibinə cəmi yarım saat müqavimət göstərə bildi. Matçın ilk dəqiqələrindən irəli atılan meydan sahibləri bir neçə epizodda qola yaxın olsalar da, hesab yalnız 31-ci dəqiqədə açıldı. Rəhman Musayev arenaya toplaşan azarkeşləri sevindirdi. Cəmi 3 dəqiqə sonra “Turan Tovuz” ikinci qolu vurdu. Bununla da görüşün taleyi həll olundu. Qalan 56 dəqiqədə “Bakılı”nın məğlubiyyətdən qaçacağı inandırıcı deyil. İkinci qoldan sonra ilk yarının bitməsinə qalan 11 dəqiqə sakit məcrada keçdi. Heç matçın baş hakimi Sərxan İsmayılov da birinci hissənin sonuna vaxt artırmadı.

İkinci yarıda da üstünlük Tovuz klubunun tərəfində idi. Amma birinci hissənin əvvəlində olduğu kimi, fasilədən sonra da “Turan Tovuz” startda rəqibin müqaviməti ilə üzləşdi. Yalnız ikinci hissənin ortasında “Turan Tovuz” üçüncü qolu “Bakılı”nın qapsından keçirdi. Eltay Tağıyevin 68-ci dəqiqədə vurduğu qol matçda sonuncun oldu. Beləcə, meydan sahibləri autsayderlə görüşdə 3 xalı 3 qolla qazandı.

MƏRKƏZİ OYUNDA 5 QOL

Turun mərkəzi oyunu Ağsuda baş tutdu. Meydan sahibləri “Səbail”i qəbul edib. Hər iki komanda qışdan sonra daha inamlı təsir bağışlayırlar. Ardıcıl qələbələr qazanan “Ağsu” üçün paytaxt klubu ilə qarşılaşma mühüm əhəmiyyət kəsb edirdi. Hətta mütəxəssislər Rüfət Quliyevin  komandasının əsl gücünün məhz çempionluğa iddalı “Səbail”lə görüşdəm məlum olacağını deyirdilər.

Elə qonaqlar üçün da qarşılaşmanın dəyəri böyük idi. Ötən tur “Turan Tovuz”la matçda heç-heçəyə razılaşan “Səbail” səfərdə 3 xal üçün gəlmişdi.

Hakimin start fitindən sonra azarkeşlər erkən qola şahidlik etdilər. Elə ilk ciddi hücumdaca “Ağsu” hesabı açdı. Qoldan sonra da üstünlük meydan sahiblərinin tərəfində idi. Yavaş-yavaş özünə gələn  “Səbail” yalnız hissənin üçdə biri geridə qaldıqdan son rəqib qapısı qarşısında təhlükə yarada bildi. 21-ci dəqiqədə isə qonaqlar istəklərinə çatdılar. Mirzağa Hüseynpur cavab qolunu vurdu. Bu qoldan ayılmamış “Ağsu” ikinci dəfə məyus oldu. Bu dəfə Fərid Səmədzadə adını tabloya yazdırdı. Ardıcıl qollardan sonra üstnlük tamamilə qonaqların tərəfində idi. Oyuna nəzarəti əlində saxlayan “Səbail” artıq ilk yarıda görüşün taleyini həll edə bilərdi. Gəl ki, komandanın aparıcı üzvü Ramazan Abbasov penalti şansını qaçırdı. Təcrübəli yarımmüdafiəçinin bu səhvi komandasına başa gəldi. Belə ki, ikinci hissədə oyunun axarını dəyişən meydan sahibləri əvvəlcə 65-ci dəqiqədə Adil Tağıyevin sayəsində hesabı bərabərləşdirdilər. Sona 5 dəqiqə qalmış isə İsa Cəbiyev “Ağsu”ya qələbə gətirən qolu vurdu.

“ZAQATALA” ÇƏTİNLİK ÇƏKMƏDİ

Qış fasiləsindən sonra qeyri-stabil çıxış edən “Zaqatala” öz meydanında MOİK-i qəbul edirdi. Turnir cədvəlinin orta pillələrində qərarlaşan “hərbçilər”dən fərqli olaraq, Zaqatala təmsilçisi üçün oyunun əhəmiyyəti çox böyük idi. “Səbail”in yenilgisi Şaban Şirdanovun komandasının məsuliyyətini daha da artırırdı.

Oyun meydan sahiblərinin üstünlüyü şəraitində başladı. “Zaqatala” ilk dəqiqələrdən oyunda diqtə edəmn tərəf idi. MOİK isə meydanın özünə aid hissəsinə çəkilərək, ümidini əsasən əks-hücumlara bağlayırdı. Qonaqların bu taktikası tam da olmasa, ilk yarıda özünü doğrultdu. Komandalar fasiləyə qolsuz yollandılar.

“Zaqatala”nın hücumları bir saatın tamamında bəhrəsini verdi. İkinci dövrədə qola həsrət qalan çempionatın Oruc Balaşlı penaltini dəqiq yerinə yetirməklə komandasını hesabda önə keçirdi. Bu qoldan sonra MOİK nisbətən fəallaşsa da, hesabı bərabərləşdirmək mümkün olmadı. Əvəzində Emin Mehtiyev hakimin oyunun sonuna əlavə etdiyi üçün dəqiqədəm komandasının ikinci qolunu vurmaqla matçın yekun nəticəsini müəyyənləşdirdi.

“ŞƏMKİR” ÜMİDLƏRİ DOĞRULTMUR

Turun digər maraqla gözlənilən qarşılaşması Şəmkirdə oynanıldı. Meydan sahibləri “Mil-Muğan”ı qəbul edirdi. Qış fasiləsində heyətini xeyli gücləndirən, Antalyada hazırlıq keçən “Şəmkir” ümidləri doğrultmur. Badri Kvaratsxeliyanın baş məşqçi postuna təyinatı da ciddi nəyisə dəyişməyib. “Mil-Muğan”la görüş də “Şəmkir”də problemin baş məşqçidə olmadığını göstərdi. İmişli təmsilçisindən alınan məğlubiyyət bir daha sübut etdi ki, Qərb təmsilçisinin problemi sabiq çalışdırıcı Qəhrəman Əliyevlə bağlı deyildi.

“Mil-Muğan” isə uğurlu çıxışını davam etdirir. Çoxları fasilədən sonra İmişli klubunun belə parlaq çıxış edəcəyini gözləmirdi. İstənilən səviyyədə hazırlıq keçməməsinə, fasilədə cəmi 1 yoxlama oyunu keçirməsinə baxmayaraq, Aqil Məmmədovun komandası proqnozları alt-üst edird. Elə Şəmkirdəki görüşün də favoriti İmişli klubu deyildi. Lakin ilk yarıda Samir Balayevin penaltidən, ikinci yarıda isə Raul Yaqubzadənin vurduğu qollar “Mil-Muğan”a çətin səfərdə qələbə qazandırdı.
Turun digər matçı isə Qusarda keçirildi. Autsayder “Göyəzən”i qəbul edən “Şahdağ” çətinlik çəkmədən rəqibi üzərində böyükhesablı qələbə qazandı.

Futbolxeber.az

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Фото AFFA yanında Media Komitəsi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31