25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Bəli, Qara Qarayevlə maraqlanırıq”

Moskva “Lokomotiv”in baş məşqçisi Yuri Syomin “Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayevlə maraqlandıqlarını təsdiqləyib. 
 
Futbolxeber.az-ın azerifootball.com-a istinadən məlumatına görə, rusiyalı mütəxəssis hələ 2013/14 mövsümündə “Qəbələ”də işlədiyi vaxtdan gənc yarımmüdafiəçini bəyəndiyini açıqlayıb: “Sizə maraqlıdı ki, Qara Qarayev həqiqətən “Lokomotiv”ə keçə bilərmi? Belə deyim – “Qəbələ”də çalışdığım vaxtdan bu futbolçu xoşuma gəlirdi.
 
“Lokomotiv”in nümayəndələri həqiqətən Bakıda Azərbaycan - Almaniya matçında olublar. Bizə maraqlı idi ki, Qara dünya futbolunun ən güclü yığmalardan biri ilə oyunda özünü necə göstərəcək. Mənə Qarayevin həmin matçdakı çıxışı ilə bağlı raport təqdim olunub. Biz Azərbaycan yığmasının futbolçusunun çıxışını izləməkdə davam edəcəyik. Ancaq xahiş edirəm ki, məndən konkret informasiya soruşmayın. Hələ transferlər haqda danışmaq tezdi. Çünki Rusiyada mövsüm yanız mayın 21-də yekunlaşacaq. Bu müddətdə “Lokomotov” yeni futbolçular almayacaq. Ancaq bizim klubda seleksiya işi daim gedir”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30