28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Miçel: “Oyuna qoşulmaq çox çətin oldu”

Topaz Premyer Liqasında 24-cü turu çərçivəsində “Qarabağ” öz meydanında “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. Matçdan sonra açıqlama verən ev sahibi komandanın ispaniyalı yarımüdafiəçisi Markos Madera (Miçel) Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandırıb:
 
- Matça pis başladıq. Oyuna qoşulmaq, havaya girmək çox çətin oldu. Xüsusilə də, “Kəpəz” qol vurduqdan sonra yavaş-yavaş oyunumuzu tapmağa başladıq. Bilirik ki, bütün oyunlar çətindir. Çox vacib 3 xal qazandıq.  Çempionatın sonuna doğru daha bir addım atmış olduq. İndi bütün fikrimizi kubok oyununa yönəldəcəyik.
 
- Çətinlik nədən qaynaqlanırdı? “Neftçi” ilə oyunun yorğunluğu, yoxsa “Kəpəz”in müdafiəyə qapılması, açıq futbol oynamaması, və yaxud heyətinizdəki çatışmazlıqlar sizə mane oldu?
- 3 gün əvvəl oyna çıxmışdıq. Yorğunluq ola bilər. Amma daha çox beyinimizdə oyuna girə bilməməyimizlə bağlayardım. Mövsümün sonuna yaxın çox oyun keçirəndə matça köklənmək, qoşulmaq çətin olur. Çalışacağıq növbəti matçlarda eyni problem yaşamayaq.
 
- “Qəbələ” - “Zirə” oyununun nəticəsindən xəbərin var? Həmin nəticə bugünkü qələbəniz qədər sevindirici oldumu?
- İstər-istəməz əsas rəqibin xal itirməsi müsbət emosiyalar yaradır. Ancaq çempionatın sonuna 4, kubokda isə yarımfinal mərhələsinin cavab oyunu var. Üstəlik, “Qəbələ” ilə oyunumuz da qalıb. Bu oyunlarda qələbə qazanmaq lazımdı. İstənilən büdrəmə səni çempionluqdan məhrum edə bilər. Maksimum nəticə qazanmaq haqda düşünməliyik ki, hədəfimizə çataq.
 
- “Qəbələ” ilə aranızdakı xal fərqi 2 idi, bugünkü nəticələrdən sonra 4 oldu. 4 xallıq fərq “Qəbələ” ilə oyundakı prinsipiallığı saxlayırmı?
- Xeyr, qətiyyən belə düşünmürəm. Qarşıda 4 oyunumuz var və bu, 12 xal deməkdi. İstənilən nəticə qeydə alına bilər. Ona görə fərqi unudub, mütləq qələbə qazanmalıyıq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31