23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurban Qurbanov: "Onun getməsi gündəmdə deyil"

Bu gün Topaz Premyer Liqasında 24-cü tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, “Qarabağ” öz meydanında “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib:
 
- Gərgin oyunlarımızdan birini keçirdik. Komanda ağır qrafiklə oynayır. 3 gündən bir oynamaq çətinlik yaradır. Kubok oyununa kimi futbolçuların ayrı-ayrı millilərin düşərgəsində olması müəyyən problemlər yaradır. Ancaq yenə də futbolçularıma təşəkkür edirəm.
 
- Riçard Almeydayla Bədavi Hüseynovun durumu necədi?
- Bu barədə heç nə deyə bilmərəm. Bədavinin ayağında millinin oyunundan sonra şiş yaranıb. Onun gələn oyuna hazır olma şansı 50 faizdir. Riçardda isə çanaq oynağında qan yığılıb. Bu da daha çox yüklənmədən olur. Hər ikisi fərdi məşq edir. Ola bilsin, “Neftçi” ilə oyundan sonra komandaya qoşulsunlar. Ancaq “Neftçi”ylə oyunda çıxış etməyəcəkləri dəqiqdi.
 
- “Qəbələ” bu gün xal itirdi. Bu barədə oyunun gedişində futbolçulara məlumat vermişdiz?
- Həmin oyunun nəticəsini matç bitdikdən sonra öyrəndim. Futbolçular da bilmirdi.
 
- “Qəbələ” ilə oyunun Tofiq Bəhramov adına stadionda keçirlməsi nə dərəcədə mümkündü?
- Çox güman ki, burda keçiriləcək. Həmin stadionun ot örtüyündə müəyyən problemlər var. Ancaq mən istəyərdim ki, oyun Suraxanıdakı stadionumuzda olsun.
 
- “Neftçi” ilə kubok oyunu barədə nə deyə bilərsiz? Rəqib mərhələ keçmək üçün 3 qol vurmalıdı...
- “Neftçi” bu oyunda daha rahat oynayacaq. Bizdə isə futbolçuları bu oyuna motivasiya etmək bir qədər çətin olacaq. Oyunçularda da yorğunluq var. “Neftçi” yaxşı komandadı. 
 
- Elşən Abdullayevin oyunu barədə nə deyə bilərsiz? Bir də mövsümün əvvəlində hamı “Qarabağ”ın heyətinin genişliyindən danışırdı. İndi isə “Qarabağ”da da heyət baxımından problemlər var. Sizcə, bunda meydançalar nə dərəcədə rol oynayır? 
- Elşən 9 ay yaşıl meydandan kənarda qaldı. Bu, uzun müddətdi. Medallar uğrunda mübarizə aparan komandada çıxış etmək əlavə məsuliyyətdi. Onun oyun təcrübəsi qazanmağa ehtiyacı var. Elşənin potensiyalı var. Öz üzərində çox çalışır. Hər şey özündən asılıdı. Mənim yadıma gəlmir ki, son 3-4 ildə bu qədər zədə olsun. Elə zədələrdi ki, heç gözləmirdik. Zədəli olan oyunçularımız elə futbolçulardı ki, 3-4 il davamlı oynayıblar. Bəli, bunda meydança amili də rol oynayır. Gah ot örtüyündə, gah süni örtükdə oynayırıq. Futboçular fiziki cəhətdən bu cür dəyişikliyi götürmür. Ancaq əlimizdən heç nə gəlmir. Bu problem başqa komandalarda da var.
 
- Siz həm də, İcraiyyə Komitəsinin üzvüsüz. Meydança ilə bağlı təkliflər etmisiz?
- Belə müzakirə olub. Gəncə şəhər stadionunun ot örtüyü dəyişdiriləcək. “İnter”lə AZAL-ın da stadionuna baxılacaq. Bu barədə müzakirələr olub. 
 
- Artıq mövsümün sonlarıdı. Heyətlə bağlı planınız var?
- Hər il komandada olan çatışmazlıqları desəm, deyəcəksiz ki, bu komandada vəziyyət yaxşı deyil. Hər bir komandada çatışmazlıq olur. Dəyişikliklər etmək istəyirik. Nə dərəcədə alınacaq, bilmirəm. Çempionat tez bitəcəyindən, bu cəhətdən vaxtımız olacaq.
 
- Qara Qarayevə Avropa klublarından təkliflər gəlməsi barədə nə deyə bilərsiz? Onun başqa komandaya göndərilməsiylə razılaşacaqsız?
- Onun getməsi gündəmdə deyil. Bu, hazırda müzakirə olunacaq məsələ deyil. Çünki heç bir təklif yoxdu. Təklif olsa, bu barədə sizə ətraflı cavab verəcəm. Siz də mənim cavabımdan razı qalacaqsız.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30