20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Şahin Diniyev: “...böyük hesabla uduzmamaq üçün oynayırdıq”

Bu gün Topaz Premyer Liqasında 24-cü tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, “Qarabağ” öz meydanında “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Şahin Diniyev məğlubiyyəti belə şərh edib:
 
- Maraqlı oyun keçdi. İlk hissədəki tempi qoruyub saxlaya bilmədik. Planımız o idi ki, ikinci hissədə 15-20 dəqiqə hesabı qoruyub saxlayaq. Gəlin etiraf edək ki, “Qarabağ” bizdən üstün idi. Futbolçularıma təşəkkür edirəm. Başabaş olmasa da, buna yaxın futbol oynadıq. Bu gün qalib gəlmək istəyirdik. Əvvəllər “Qarabağ”a böyük hesabla uduzmamaq üçün oynayırdıq. İndi isə uduzsaq da, futbol oynadıq. Qarşıdakı 4 oyundan qalib ayrılmaq istəyirik. Rəqibi təbrik edirəm. 
 
- Tadas Simaitis də Davud Kəriminin bu gün buraxdığı kimi səhvdən sonra ehtiyata göndərilmişdi...
- Tadasda bir yox, bir neçə belə səhv olmuşdu. Bir oyuna görə futbolçunu ehtiyata göndərməzlər. Düzdü, qolda Davud Kəriminin səhvi oldu. Ancaq bu, kobud səhv deyildi.
 
- Bundan sonra komandanın əsas məqsədi nədi?
- Sonadək mübarizə apaacağıq. 3 oyunu evdə keçirəcəyik. Avrokubok ümidimiz davam edir. Komanda bu gün göstərdi ki, yaxşı ot örtüyündə daha yaxşı oynayır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30