29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” 10-cu duelə doğru…

Bu həftə Topaz Premyer Liqasında XXIV turun oyunları keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” bu gün baş tutacaq qarşılaşmada “Zirə” ilə üz-üzə gələcək. 
 
Qəbələ şəhər stadionundakı matç rəqiblər arasında yubiley – 10-cu oyun olacaq. İlk dəfə ötən mövsüm yolları kəsişən komandalar indiyədək 7 çempionat və 2 kubok görüşündə qüvvələrini sınayıb. 2015/16 mövsümündə 4 çempionat oyunu ilə yanaşı, kubokun 1/4 finalında da “Qəbələ” ilə “Zirə” üz-üzə gəlib. Cari mövsümdə isə ilk 3 dövrənin çempionat matçları baş tutub. 
 
Keçirilən 9 oyunda 5 qələbə qazanan “qırmızı-qaralar” 2 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. 16 qol vuran Şimal təmsilçisi 7 top buraxıb. “Zirə” ilə matçlarda Aleksey Qay 4, Ermin Zets 3 dəfə fərqlənib. Ötən mövsüm “qırmızı-qara” forma geyinən legionerlər həmin vaxt fərqləniblər. Filip Ozobiçlə Teo Uiks cari mövsümdə hərəyə 2 dəfə zirəlilərin qapısına yol tapıb. Qay, Zets və Uiks hərəyə bir dubl müəlliflərdir. 
 
Kubokdakı hər iki oyununda qalib gəlməklə yarımfinala yüksələn “Qəbələ” çempionatdakı 7 matçda 3 dəfə qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə uduzub. Premyer Liqada rəqib qapısına 9 qol vuran komanda 5 top buraxıb. “Qəbələ” əvvəlki 4 ev oyununda 2 dəfə qalib gəlibsə, 1 dəfə bərabərliklə kifayətlənib və bir qarşılaşmada üzülüb. Evdə 7 qol vuran “qırmızı-qaralar” 3 top buraxıb.
 
Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” oyunu saat 18:30-da başlayacaq.
 
2015/16 mövsümü
Premyer Liqa
25.10.2015. Qəbələ - Zirə (Bakı) - 0:0
16.12.2015. Zirə (Bakı) - Qəbələ - 1:0
Nicat Qurbanov, 24
Azərbaycan kuboku, 1/4 final
02.03.2016. Zirə (Bakı) - Qəbələ - 1:2
Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84 
09.03.2016. Qəbələ - Zirə (Bakı) - 5:1
Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36
Premyer Liqa
13.03.2016. Qəbələ - Zirə (Bakı) - 1:2
Aleksey Qay, 17 -  Nelson Bonilla, 40, 84 
07.05.2016. Zirə (Bakı) - Qəbələ - 0:3
Rafael Santos, 26, Ermin Zets, 47, 79 
2016/17 mövsümü
Premyer Liqa
25.09.2016. Zirə (Bakı) - Qəbələ - 0:2
Teo Uiks, 19;76 
19.11.2016. Qəbələ - Zirə (Bakı) - 1:0
Filip Ozobiç, 52 
12.02.2017. Zirə (Bakı) - Qəbələ - 2:2
Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 // Daniel Subotiç, 37; Filip Ozobiç, 88
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31