28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Emil Balayev: “Çempionluq ümidimiz davam edir” (MÜSAHİBƏ)

“Səbail”in qapıçısı Emil Balayevin Futbolxeber.az saytına müsahibəsi

- 19-cu turun mərkəzi oyununda “Turan-Tovuz”un müqavimətini qıra bilmədiniz. 0:0 hesabı ilə yekunlaşan görüş barədə nə deyə bilərsən?

- Gərgin oyun keçdi. Bu matçda meydana ancaq qələbə üçün çıxmışdıq. 6 xallıq oyun idi. Qalib gəlsəydik, liderlər xal fərqini azaldacağdıq. Buna görə də qələbə qaanmaq üçün əlimizdən gələni etdik. Təəssüf ki, lazım olan qolu vura bilmədik.

- Halbuki bunun üçün şanslarınız da var idi...

- Bəli, 90 dəqiqə ərzində çox olmasa da, bir neçə dəfə fərqlənə bilərdik. Lakin son nöqtəni qoymaq mümkün olmadı. Bəzi epizodlarda isə bəxtsizliklə üzləşdik.

- “Səbail” rəqibdən daha üstün görünürdü. Bu halda qələbə qazana bilməməyinizi konkret nə ilə əlaqələndirmək olar?

- Hansısa səbəb göstərmək çətindir. Çünki dediyim kimi, rəqibdən daha yaxşı oynadıq. Topa nəzarət bizim tərəfimizdə idi. Rəqib meydana daha çox qol buraxmamaq üçün çıxmışdı. İstəklərinə də çatdılar.

- Son dəqiqələrdə Saşa Yunisoğlu rəqibin təhlükəli hücumunun qarşısını kobudluqla aldı və qarşısında qırmızı vərəqə gördü. Həmin anda sən də epizoda çox yaxın idin. Komanda yoldaşının qərarı düzgün idi?

- Rəqib bizi əks hücumda yaxalamışdı. Bəlkə də Saşa o epizodda rəqibi dayandırmasaydı, qapımız önündə daha ciddi təhlükə olardı. Saşa bu addımı komandanın mənafeyinə görə atdı.

- Epizodun sonluğu olaraq rəqib təhlükəli nöqtədən cərimə zərbəsi vururdu. Həmin anda qol buraxacağından qorxmurdun?

- Təhlükəli nöqtə idi. Hər şey ola bilərdi. Əsas odur ki, o anda hər şey bizim üçün yaxşı qurtardı.

- Oyundan əvvəl mətbuatda “Turan-Tovuz”un futbolçularının zəhərlənməsi barədə xəbər yayılmışdı. Hətta rəqibinizin oyunun təxirə salınmasını istədiyi də deyilirdi. Lakin zəhərləndiyi futbolçular bu gün meydana çıxdılar və mübarizə apardılar. Belə çıxır ki, bu, rəqibi yanıltmağa hesablanmış addım idi?

- Bu barədə çox danışmaq istəmirəm. Hər halda, bu futbolçular meydana çıxıb, 90 dəqiqə mübarizə aparırlarsa, zəhərlənmələri inandırıcı görünmür.

- Çempionluq yolunda əsas rəqibinizi məğlub edə bilmədiniz. Bu nəticə “Səbail”in qızıl medallara olan ümidini azaldır?

- Təbii ki, bu oyun bizim üçün çox vacib idi. Qələbə qazanmağı da çox istəyirdik. Təəssüf ki, istəyimizə çata bilmədik. Lakin bu nəticəyə baxmayar, çempionluq ümidimiz davam edir. Qızıl medallara sahib çıxmaq heç də asan olmayacaq. Bununla belə, sona qədər əlimizdən gələni edəcəyik. Yaxşı kollektivimiz var. Hər kəs başa düşür ki, “Səbail”in hədəfləri böyükdür.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31