20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Azərbaycan futbol tarixində ikinci dəfə!

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları finalçıların adına böyük ölçüdə aydınlıq gətirib. Futbolxeber.az-ın məlumatına görə,  səfər görüşlərində 2 top fərqi ilə qalib gələn “Qarabağ”la “Qəbələ” tarixi finalın bir addımlığındadı.
 
Finala tarixi özəllik qatan məqam isə həlledici görüşdə çempionatın qızıl və gümüş mükafatçısının üz-üzə gəlməsidi. Düzdü, “Qarabağ”la “Qəbələ” hələ Azərbaycan Premyer Liqasındakı ilk iki yeri rəsmiləşdirməyib. Amma liderdən 10, 2-ci yerdən 8 xal geri qalan “İnter”in əyalət klublarını zirvədəki mövqelərdən sıxışdıracağı inandırıcı deyil. Digər komandalar üçün isə ümumiyyətlə mümkünsüzdü.
 
Bu isə o deməkdi ki, mövsümün sonluğu – çempionatın finişi və kubokun finalı eyni rəqiblərin savaşı ilə əlamətdar olacaq. Belə hadisə isə Azərbaycan futbolu tarixində 2-ci dəfə yaşanacaq.
 
İndiyədək yeganə belə hadisə 2003/04 mövsümünün sonunda qeydə alınıb. “Neftçi” “Şəmkir”lə həm çempionluq, həm kubok savaşında qalib gəlib “Qızıl dubl”a imza atıb. Qərblilər isə hər yerdə ikinci kimi mövsümü bitirib.
 
Bir sözlə, 13 ildən sonra iki mükafat iki eyni komandanın duelində sahibini tapacaq. Amma finalçılardan birinin qızıl və ya gümüş qazanması adi haldı. Sadəcə, yalnız finalçılardan biri çempionatı belə uğurla keçirib.
 
Ümumiyyətlə, çempion 10 dəfə finala yüksəlib. Bunların 8-i “Qızıl dubl”la başa çatıb. “Neftçi” (1995/96, 2003/04, 2012/13) və “Qarabağ” (1993, 2014/15, 2015/16) 3, “Kəpəz”lə (1997/98) “Xəzər Lənkəran” (2006/07) 1 dəfə bunu bacarıb. “İnter”lə (2007/08) “Neftçi” (2011/12) hərəyə 1 dəfə çempion olduğu mövsümdə kubokun finalında uduzub.
 
Gümüş mükafatçı 8 dəfə həlledici matçda qüvvəsini sınayıb. “Kəpəz” (1999/2000), “Bakı” (2009/10) və “Xəzər Lənkəran” (2010/11) çempionatdakı ikinciliyi kubok qazanmaqla unutdurmağa çalışıb. İki dəfə “Şəmkir” (1998/99, 2003/04), “Neftçi” (2000/01), “Karvan” (2005/06) və “İnter” (2008/09) isə hərəsi bir dəfə mövsümün hər iki yarışında gümüş qazanıb (Apasport.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30