19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Dənizlispor"da daha bir həmyerlimiz

“Dənizlispor” yollarını ayırdığı həmyerlimiz Rail Məlikovun əvəzinə elə başqa bir azərbaycanlı oyunçu tapıb. Futbolxeber.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, I divizion təmsilçisi millimizin digər sabiq müdafiəçisi – Vurğun Hüseynova təklif göndərib. 24 yaşlı futbolçumuzla danışıqların müsbət keçdiyi və onun iyulun 8-də Dənizlidə olacağı bildirilir.

Rail az öncə “Qəbələ”yə keçdiyi halda, Vurğun son illərdə şərəfini qoruduğu bu komandadan gedib. O, mövsüm bitəndən sonra “Sumqayıt”a keçib.

Maraqlıdır ki, Türkiyənin digər internet mənbəyində başqa mərkəz müdafiəçimiz - Saşa Yunioğlunun maraqlandıqları və Dənizliyə dəvət olunduğu yazılıb. Vurğun kimi mövsüm bitəndən sonra “Sumqayıt”a keçən millimizin 28 yaşlı sabiq oyunçusunun Məlikovla dost olaraq, vaxtilə bir yerdə oynadığı məlumdur.

Qeyd edək ki, hazırda yarımmüdafiəçimiz Arif İsayev sərəncamında olan “Dənizlispor” azərbaycanlı futbolçu legioner sayılmadığından daha birini transfer edib, boşluğu doldurmaq fikrindədir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30